
Qonşular pəncərədən baxanda görüb ki, hamısı yorğan-döşəkdədir... - Tərtərdəki faciənin təfərrüatı / VİDEO
Qeyd olunub ki, ailə qəsəbədə 2 il imiş keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış.
Hadisədən əvvəlcə qonşular xəbər tutublar. Onlar saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görərək mənzilə daxil olublar və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəlib, araşdırma aparılır.
“Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə olunmayıb. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib”, - Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov bildirib.
O, ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb: “Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmətkeş adam idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq”. (teleqraf.az)
***
Ötən gün Tərtərdə dəm qazının qurbanı olanın ailənin fotoları yayılıb.
Kanal.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan bir ailənin dörd üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
/milli.az
- Gündəm
- 22 Aprel 2025