Qızlara baxan sevgilisini görün necə cəzalandırdı - Qadından ağlasığmaz hərəkət - FOTO
ABŞ-də qadın sevgilisi başqa qızlara baxdığı üçün onun gözünə bıçaq sancıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın öz hərəkətini "quduzluq iynəsi" adlandırıb.
Sandra Ximenez sevgilisi sağ gözündən bıçaqlanaraq xəstəxanaya polis çağırdıqdan sonra həbs edilib. Kişi məmurlara deyib ki, 44 yaşlı sevgilisi bunu guya başqa qızlara tez-tez baxdığı üçün edib.
Sandranın özü baş verənlərə görə peşman deyil və özünü günahkar hesab etmir. O, əvvəlcə həbs olunub, lakin sonradan 7,5 min ABŞ dolları girov müqabilində sərbəst buraxılıb. Qadına ağır cinayətdə ittiham irəli sürülüb.
İstintaq zamanı amerikalı qadına zərərçəkmiş şəxslə hər hansı təmasda olmaq qadağan edilib, üstəlik o, ev dustaqlığına məhkum edilib.
Milli.Az
- Dünya
- 02 Dekabr 2023