6454f187cf23a202305230735

Qız uşaqlarını pul qarşılığında ərə verirlər - Nura

“15 yaşlı qız itib, polis axtarmayıb. Qohumu, gənc qız (yaşıdı) efirə çıxıb onun narkotik alveri ilə məşğul olan insanlar tərəfindən oğurlandığını deyir. Polisə məlumat verdiklərini və sonra qızın tamamilə yerli-dibli itdiyini iddia edir. Ya polis əlbirdir, ya da veclərinə deyil”.

Bu sözləri müğənni Nura Suri feyzbuk hesabında paylaşıb. O, Türkiyədə, eləcə də dünyada baş verən dəhşətli hadisələrdən şok keçirdiyini yazıb:

“Show TV-də “Vazgeçme” proqramına 3 gün baxdıqdan sonra seriallar haqqında dediklərimə peşman oldum. Seriallardakı hadisələr daha normal imiş. Türkiyədə qız uşaqlarını pul qarşılığıbda ərə verirlər (satırlar). Şəkildəki uşağı ərə veriblər, sonra da öldürüblər.

2 gün xəbərlərə baxdım, beynim “error” verdi. Küçədə alovlu silahdan atəş açıb qonşusunu öldürən, küçənin ortasında arvadını döyüb öldürən, qadın paltarı geyinən, parkdan uşaq qaçırmaq istəyən başı bağlı kişilər, bildiyiniz qorxulu filmlərdən betər hadisələr… Mən hələ çox qısa və qəbulolunan formada yazmışam. Baxsanız, dəhşətə gələrsiniz. Bizə min şükür. Bizdəki hadisələri həzm edə bilməyən mən 3 gündür şok yaşayıram. Yaxşı ki, indiyə kimi proqramlara, xəbərlərə baxmamışam, ürəyim partlayardı. Bu nə dünyadır biz yaşayırıq?!”. / Olay.az