632dd96bbe942202209220603

Qərbdən döyüş təyyarələri ala bilməyən Türkiyədən ŞOK HƏMLƏ - Ərdoğanın belə edəcəyini heç kim gözləmirdi

Türkiyə və Qətər arasında imzalanan sazişin detalları müzakirələrə səbəb olub.

Kanal.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, saziş Qətərin hərbi təyyarələrinin Türkiyəyə yerləşməsinə imkan verəcək. Məlumata görə, saziş Qətər Hava Qüvvələrinə məxsus 36 təyyarə və 250 hərbçinin Türkiyədə mövcud olmasına icazə verir. Məsələ burasındadır ki, Qətər bir müddət əvvəl Fransadan Rafale təyyarələri alıb. Mütəxəssislər hesab edir ki, Türkiyənin məqsədi bu təyyarələri ölkəyə gətirməklə güc nümayiş etdirməkdir.

Qeyd edək ki, Fransadan Rafale təyyarələrini alan Yunanıstan tərəfi Türkiyə üzərində üstünlük əldə etdiyini irəli sürmüşdü. ABŞ-dan hələki döyüş təyyarəsi ala bilməyən Türkiyə bu həmlə ilə vəziyyəti dəyişməyə çalışır.