Qazaxıstanda ölənlərin sayı açıqlandı: Dəhşətli rəqəmlər
Qazaxıstanda etiraz aksiyaları zamanı 7939 nəfə saxlanılıb.
Kanal.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib. Məlumata görə, saxlanılanlar arasında xarici ölkə vətəndaşları da var. Təhlükəsizlik əməkdaşları arasında xəsarət alanların sayı isə 300-dən çoxdur. Yerli media toqquşmalar zamanı azı 164 nəfərin öldüyünü açıqlayıb. Rəsmi rəqəmlərdə isə bu göstərici 44 nəfərdir.
- Dünya
- 10 Yanvar 2022