61d8260fe4b01_serdyukov

Qazaxıstanda KTMT qüvvələrinin rəhbəri kimdir? - Çeçenistanda döyüşüb...

Qazaxıstanda Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrinin hərəkətlərinə rəhbərlik etmək üçün Rusiya Hərbi Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov təyin edilib.

Kanal.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Xəbər verildiyi kimi, 70-dən çox İl-76 təyyarəsi və beş An-124 təyyarəsi gecə-gündüz KTMT qüvvələrinin Rusiya kontingentinin bölmələrini Qazaxıstana köçürür.

KTMT-nin baş katibi Stanislav Zas daha əvvəl bildirmişdi ki, bütün sülhməramlı birləşmələrin yerinin dəyişdirilməsi cümə günü, yanvarın 7-də başa çatmalıdır.

Yanvarın 6-da axşam saatlarında sülhməramlı qüvvələrdən ilk rus bölmələrinin Qazaxıstana gəldiyi bildirilir.

A.Serdyukov Birinci və İkinci çeçen müharibələrinin iştirakçısı, Hərbi Desant Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya atılmasının və Rusiyanın Suriyadakı hərbi əməliyyatının iştirakçısıdır. Aktivində 200-dən çox paraşütlə tullanma var.