qazaxistan-aksiya

Qazaxıstanda iğtişaşı ABŞ qrantları yaratdı - ŞOK AÇIQLAMA

Amerikanın Qazaxıstanın qeyri-kommersiya təşkilatlarına demokratiyanın inkişafı üçün ayırdığı qrantlar bu ölkədəki hazırki etirazların təşkilində müəyyən rol oynaya bilər.

Kanal.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen deyib.

“Görünür, amerikan fondları və xarici qeyri-kommersiya təşkilatları çətin durumda olan ölkədə yaxşı iş icra etdilər. Britaniyanın 85-dən çox qeyri-kommersiya təşkilatı Qazaxıstanda fəaliyyətdədir və vətəndaş cəmiyyəti və hüququn aliliyi üçün kifayət qədər vəsait ayırır. ABŞ və Avropa ölkələrinin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatlarının sayının 38 min olduğu deyilir”, - deyə Rasmussen bildirib.//axar.az