qazaxıstan mitinq

Qazaxıstan çalxalanır: Tokayevin iqamətgahı ələ keçirildi: Silah səsləri eşidilir / VİDEO

Almatıda etiraz aksiyaları səngimir.

Kanal.az “Sputnik Kazakistan”a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir. Ətrafda dumanlar yüksəlib. İddialara görə, ərazidə atəş və səs qumbaralarının səsləri eşidilir. Bəzi mənbələrə görə, etirazçılar Tokayevin Almatıdakı iqamətgahına artıq ələ keçirib.

Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artması etirazlara səbəb olub. Qiymətlər endirilsə də, etirazlar səngimir.

metbuat.az