Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə qarlı havada qadının yük daşıdığına dair foto paylaşılmışdı.
Kanal.az xəbər verir ki, sosial media istifadəçiləri qadının Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım apardığını yazmışdı. Məlumata görə, qadının adı və soyadı Asudə Hüseynovadır. O Yardımlı rayonu Separadi kəndinin sakinidir. Qadının məktəbdə xadimə işlədiyi bildirilir.
Qeyd edək ki, Türkiyədəki zələzə ilə bağlı demək olar ki, Azərbaycanın bütün rayonlarında yardım kampaniyaları təşkil edilib. Sakinlər kampaniyada fəal iştirak edirlər.