Qarabağa səfərlə bağlı bu məhdudiyyət aradan qaldırıldı

  • Cəmiyyət
  • 31 Yanvar 2022
qarabağ

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş ildə yalnız bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə Kanal.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Oxşar xəbərlər