
“Qadınların xəyanət etməsini istəmiriksə, işləməklərinin əleyhinə olmalıyıq” – Sosioloqdan qalmaqallı açıqlama
Bəs bu halların artmasının əsas səbəbi nədir?
Sosioloq Mail Yaqub Bizim.Media-ya açıqlamasında qeyd edib ki, qadınlar kişilər tərəfindən daim diqqət cəlb edən bir varlıqlardır:
“Nəyə görə qadınların xəyanət halı çoxalıb? Ona görə ki, qadın ev pozisiyasından, iş mövqeyinə keçib. Ümumiyyətlə 19-cu əsrdən sonra qadınların işə cəlb edilməsi halları çoxaldı və təbii ki, bu 20-ci əsrdə pik həddə çatdı. Əgər xanımlar evdən çölə çıxırlarsa, əlbəttə, onlara qarşı təcavüz halları da çoxalacaq. Çünki qadınlar kişilər tərəfindən daim diqqət cəlb edən bir varlıqlardır. Kişilər qadınlara qarşı laqeyd ola bilmirlər”, - deyə sosioloq bildirib.
Mail Yaqub vurğulayıb ki, əgər, biz qadınların xəyanət hallarını istəmiriksə, onların işə cəlb edilməsinin əlehinə olmalıyıq:
“Bu da artıq mümkün deyil, heç kim qarşısını ala bilməz. Yeganə yol qadınların öz seçimidir. Qadın gərək özü seçim etsin və xəyanət etməsin. Əgər qadın özü istəməsə, heç vaxt xəyanət olmaz. Yox əgər qadın özü istəsə, heç kim də onun qarşısını ala bilməyəcək, bu qədər sadə…”
- Cəmiyyət
- 06 May 2025