662b7d0728098202404240807

Qadınlar niyə xəyanət edir? - ARAŞDIRMA

Kişilərin həyat yoldaşını aldatması hər zaman gündəmdədir və müzakirə olunur. Kişinin xəyanəti hansı qadınla etdiyi və o qadının kim olmasının isə heç bir fərqi yoxdur. Hətta bu qadınların bəziləri kişilər kimi evli qadınlardır.

Kişilərin xəyanəti ilə bağlı çoxlu araşdırmalar və fərziyyələr aparılıb. Qadınların xəyanəti isə bir qədər gizlidir. Çünki qadınlar bunu kişilər kimi öyünmək məsələsinə çevirmirlər. Kişilər “nə qədər kişi” olduqlarını “birlikdə olduqları qadınların sayı” ilə ölçürlər. Qadınlar daha çox subay kişiyə bağlanırlar. Onları “hesab” maraqlandırmır. Onlar hiss və sevgi axtarırlar.

Qadınların həyat yoldaşlarını aldatmasının səbəbləri:

  • Evliliyində müxtəlif səbəblərdən bədbəxt olması.
  • Ailənin təzyiqi altında qeyri-ixtiyari evlənməsi onun sevəcəyi başqa kişi axtarmasına səbəb ola bilər.
  • Həyat yoldaşı tərəfindən davamlı tənqid, təhqir və fiziki zorakılıq. Hərəkətləri aşağılanan, alçaldılan və daim döyülən qadın.
  • Daim tənqid olunan qadın özünü qeyri-adekvat və dəyərsiz hiss edir.
  • Həyat yoldaşından sevgi və hörmətin olmaması, ona dəyər verildiyini və qayğı göstərildiyini hiss etməməsi və buna görə də yaxınlıq və məhəbbət axtarmaq.

yoldaşının müxtəlif səbəblərə görə evdən uzun müddət ayrılması (hərbi xidmət, ezamiyyət və s.).

  • Həyat yoldaşı tərəfindən aldadılandan sonra qisas almaq istəyi. Kişilərin aldatdığı qadınların bəziləri həyat yoldaşlarını “qisas” kimi aldadır və “bərabər” olurlar. Və yalnız bundan sonra rahatlaşırlar. Bəziləri bunu bir dəfə etsə də, bəziləri evliliyi davam etdiyi müddətcə edirlər.
  • Alkoqol və ya digər narkotiklərdən asılı olan və ya qumar vərdişi olan həyat yoldaşının olması.
  • Həyat yoldaşının başqa qadınlara maraq göstərməsi.
  • Kişinin özünə qulluq etməməsi (tez-tez duş qəbul etmir, dırnaqlara və xarici baxımlar biganə yanaşır və s.)
  • Sevgi, romantika, həyəcan və sürpriz axtaran qadının ərinin bu emosional ehtiyaclarını qarşılaya bilməməsi. Kişinin evə gedərkən həyat yoldaşına gül gətirməsi, özəl günlərində (ad günü, toy ildönümü) hədiyyələr alması
  • Yataqda eqoist davranmaq, cinsi narazılıq yaşamaq.
  • Uzun müddət əzilən qadınların maliyyə və status baxımından yüksəlişi.
  • Depressiya dövründə olmaq. Depressiyaya düşən qadın ağrısını və tənhalığını aradan qaldırmaq üçün tətildə tanış olduğu biri ilə çölə çıxa və ya parkda, kafedə, tətildə söhbət edə bilər (əgər əri ilə bir az problemi varsa) ərini aldada bilər.
  • Şəxsiyyət pozğunluğunun olması. Borderlayn, isterik və psixopatik şəxsiyyətlər zaman zaman həyat yoldaşlarını aldada bilərlər. Zəif intellektə malik, təklifə meyilli insanlar bu yola girə bilərlər.
  • Fiziki və hormonal (artıq estrogen) xəstəliklər, məsələn, şəxsiyyəti poza bilən beyin şişi.
  • Alkoqol və narkotikə aludə olan bəzi qadınlarda aldatmaq daha asan ola bilər. Çünki zamanla şəxsiyyətin və dəyərlərin aşınması baş verir.

SİA qadınların xəyanət səbəbləri ilə bağlı araşdırma edərək psixoloq və sosioloqların fikirlərini öyrənib.

Sosioloq

Qəşəmoğlu: “Bizdə ailə institutu çox pis bir vəziyyətə düşüb. İndi hər 100 nigaha 32 boşanma düşür və təəssüf ki, hər il bu rəqəm bir az da böyüyür. Ailə institutunun dağılması çox pis nəticələrə gətirib çıxara bilər, xüsusilə Azərbaycan üçün. Çünki min illərdir bizim cəmiyyət və xalq ailə dəyərləri əsasında formalaşıb. Bizim həyatımızda ailə institutu çox mühüm rol oynayır.

Konkret olaraq xəyanətin özü bir davranışdır. Bunun da səbəbini aydınlaşdırmaq üçün mənim təqdim etdiyim dünyada, beynəlxalq aləmdə belə uğurla yayılan “Ahəngyol” elmindəki müddəalar bu cür davranışları təhlil etməyə imkan verir. O nəzəriyyədə tamamilə əsaslandırılıb ki, davranışa təsir edən 4 mühüm amil var. Bu amillərin toplusu olaraq insanın davranışı formalaşır. 1-ci insanın öz şəxsi, fərdi xüsusiyyətləri var. Bu fərdi xüsusiyyət insana gendən gəlir, ana bətnindəki o dövrdə anasının, valideynlərinin davranışından formalaşır və insanda öz fərdi psixoloji xüsusiyyətləridir. Elə insan var ki, elə anadan olandan onda bu istiqamətdə meyllər var. Hələ uşaq ikən başa düşməyəndə də bu meyl var. Yəni, bu, insanın fitrətində olan bir şeydir.

İkincisi, mühit mühüm rol oynayır. Mühit elə ola bilər ki, insanın, qadının fitrətində olan o xəyanətə meyllilik deyək ki, onu psixoloji yönümü bloklaya bilər və insanda bu meyl olsa da yaşayar, böyüyər. Amma mühit elə olar ki, o başa düşər ki, bunun üzə çıxması doğru deyil. Bu məsələ bloklanar, yaxud da əksinə mühit elə ola bilər ki, dərhal həmin xüsusiyyət sürətlə inkişaf etməyə başlayar və hətta başqalarının da anadangəlmə belə bir xüsusiyyəti yoxdursa, mühit elə olar ki, onlarda da bu yarana bilər. Bu ətrafdakı adamların davranışından cəmiyyətdəki davranış normalarından asılıdır.

Biri də var ki, davranışa təsir edən amillər aldığı informasiyanın intensivliyi, məzmunu. Bir odur ki, anadan olacaq mühitdə harada böyüyüb abır, həya, ismət barədə hər zaman söhbət gedir, xəyanətin nə qədər dəhşətli olduğu barədə söhbət gedir. Bir də odur ki, əksinə, tez-tez belə informasiyalar alır. Qonşusundan, dostundan , cəmiyyətdən, filmdən, sosial şəbəkədən ki, bu çox maraqlı bir şeydir və xüsusi olaraq mexanizmlər var ki, bunu təbliğ edir. Bir çox teleseriallar bunu qəsdən təbliğ edir. Sosial şəbəkələrdə bəzi insanlar o müəyyən bir mexanizmlərin daşıyıcıları, agentləri bunlar təbliğ edirlər. Bir də baxırsan gənc bir aktrisa və ya şair bir şey yazdı ki, bu nə qədər gözəl bir şey imiş. Çoxları dərhal onun təsiri altına düşür. Hər hansı bir tanınmış xanəndənin, müğənninin danışığı, sözü təsir edə bilər. Çünki kütlənin o psixologiyası var. Kütlə həmişə çalışır ki, bir ideal axtarsın. O idealın hərəkətlərini təldin edir. Əgər biz xəyanət çox etməklə məşhur olan xanəndəni gündə yuxarı başa keçiririk, bəh-bəh deyirik, bütün televiziya kanallarında ona tərif deyirik, eyni zamanda özü də durub gülə-gülə deyir ki, mən bunu belə etdim, onu belə etdim. Onu belə sevdim, ona belə vuruldum. Belə informasiyalar da insanlara təsir edir, onlarda bu dəyişikliklər baş verir.

4-cü amil isə insanların üstünlük verdiyi dəyərlərdir. İnsan əgər həqiqi mənada ürəkdən dinə meyllidirsə, dinin tələblərinə əməl edirsə o başa düşür ki, bu çox qorxunc bir şeydir. Bəziləri bunu bir qəhrəmanlıq hesab edir. Məsələn, Rusiyada mən tələbə olanda xanımlar bir-biri ilə zarafat edəndə deyirdilər ki, Allah sənə gözəl bir sevgili qismət etsin. Yəni, ərdən başqa bir sevgili qismət etsin. Yəni, hətta 30 il bundan qabaq Rusiyada bu şeylər var idi. Təəssüf ki, o bizim ölkəmizə də gəlib çıxır. Ona görə buna diqqət etmək lazımdır. Bu 4 amilin qarşılıqlı əlaqə nəticəsində hər bir qadın belə bir təhlükə altına belə bir addıma, davranışa meylli ola bilər.

Burada təbii ki, onun ərinin ona münasibəti, sağlamlıq vəziyyəti, hər cəhətdən fiziki sağlamlığı rol oynayır. Ola bilər ki, onun həyat yoldaşı fiziki sağlam da ola bilər, amma onların arasında bu cinsi tələbata görə fərqlər müxtəlif ola bilər və yaxud ərinin özünün xəyanət etməsi, görəndə ki, ər xəyanət edir, bəzi qadınlarda belə bir şey var ki, o mənə xəyanət edibsə, mən onun acığını çıxacam”.

Psixoloq

Əmiraslanova: “Xəyanət çox dərin bir mövzudur. Xəyanət həm qadın, həm də kişilər tərəfindən edilə bilər. Söhbət yalnız cinsi əlaqədən getmir. Bura verdiyi sözü tutmamaq, aralarında olan sözün başqa insanlara çatdırılması, sirrin açılması da qarşı tərəfə olan xəyanət sayılır.

Xəyanətin bir neçə növü var. Yazışaraq, intim, fikirləşib xəyanət etmək kimi növlər var. Qadınların xəyanət etməsinin səbəbi müxtəlifdir. Qadının xəyanət etməsi həm özündən, həm də kişidən qaynaqlanır. Əlbəttə, xəyanət məsələsində psixoloqların hər zaman düşündüyü bir şey var ki, burada həm irsiyyət, həm tərbiyə, həm də mühit çox mühüm rol oynayır.

Xəyanət kişilər tərəfindən birmənalı qarşılanmır. Kişilər düşünür ki, qadın xəyanət edirsə, deməli, qadın o kişini sevmir. Ona görə də qadınlar da belə düşünür. Kişilər düşünür ki, kişinin həyatında müxtəlif qadınlar ola bilər. Bunu da qarşı tərəf birmənalı qarşılamır.

Qadının xəyanət səbəbi kişilərin diqqətsizliyi, şiddət, ona zaman ayırmaması və erkən evlilikdir. Statistika sübut edir ki, erkən yaşda ailə quran qadınlar xəyanətə daha çox meyilli olurlar”.

Ayşən Vəli  //sia.az