Qadın xəyanət edərsə...
Hər zaman bəşəriyyəti və ən əsas kişiləri bu sual düşündürüb. Qadınlar nə istəyir? Belə məndən konkret cavab soruşulsa, qısa və şablon bir cavab verərdim: Böyük fəlsəfəyə ehtiyac yoxdur. Qadınlar sizin onların nə istədikləri sualını düşünməniz əvəzinə, sadəcə sevməyinizi istəyirlər. Anlamağa çalışmayın, sevin. Amma illah ki, bu sualın cavabını tapmaq istəyirəm deyirsinizsə, sizə italyan rejissor Vittorio de Sika-nın bir filmi əsasında izah verə bilərəm. Filmin adı “Woman Times Seven”-dir (Yeddi dəfə qadın). Bir yazar yoldaşla qəhvə içərkən qadınlara bağlı söhbətimizdə həmin filmə baxmağımı tövsiyyə etmişdi. Film yeddi qadın obrazının yeddi qısametrajlı filmdə birləşməsidir. Hər qadın bir xarakterimizi ortaya qoyur. Komediya-dram janrında çəkilən bu filmin ilk obrazından qadınları “kəşf” etməyə başlayaq.
1. Filmdə ilk obraz ərini gənc yaşda itirən Paullettanın elə ərinin dəfn mərasimindən olan kadrlarla başlayır. Bu qadın ərinin vəfətına necə yandığını, onu necə sevdiyini göz yaşları, ah-naləsi ilə göstərməyə çalışarkən ailə həkimlərinin yolda, dəfnə gedərkən qadını “təsəlli”etməsindən onun xeyli məmnunluğu aşkarca görünür. Eyni zamanda Fransa küçələrində tabutun arxasınca dəfnə gedən hər kəs ayağını kiçik bir su çuxuruna basır. Amma bu ah-naləsi “göyə ucalan” , özündə olmayan qadın nədənsə həmin çuxuru o hayında belə diqqətindən yayındırmır. Ayağını bir misqal da suya bulaşdırmadan keçir. Bu qadının nə qədər şeytani və süni olmasını açıqca göstərir.
2. Mariya Tereza gec saatda əlində “çemodan”ları ilə haradansa evinə gəlib, ərinə surpriz etmək niyyəti ilə gizlincə qapını açıb, yataq otağına keçir və yatmış olan ərini öpür. Bu dəmdə ər ilk əvvəl onu öpən arvadı yox, məşuqəsi olduğunu sanıb xoşallanır. Daha sonra arvadının “əzizim” deməsi ilə səsə ayılıb, birdən xatırlayır ki, bu qaranlıq yataq otağında yanında arvadının rəfiqəsi olan məşuqəsi ilə yatır. Kişi qorxusundan yerinin içində çığırmağa başlayır. Arvadı işığı yandıranda rəfiqəsini ərinin yanında görüb bu mənzərədən dəliyə dönür. Əvvəl evdə qırılacaq nə qədər əşya vardısa hamısını sındırıb, dağıdır. Daha sonra gecənin qaranlığında evdən qaçır. Əri elə gecə geyimi ilə onun arxasınca düşsə də, onu tapa bilmir. Qadın gecə ürkərək yolun kənarında dayanan yüngül əxlaqlı qadınların yanına gedir. İlk olaraq ağlından ərinə xəyanət etmək keçsə də, bunu bacarmır. Fahişələr ona çox qayğıkeş münasibət göstərir. Və qadını öz tanışlarından birinin maşınına əyləşdirib, onu sadəcə evinə aparıb qoymasını tapşırırlar. Qadının evinin önündə əri bunu görür və onu gətirən kişiyə bozarmağa başlayır. Həmin kişi də maşınından enib onun ərinə bir yumruq vurması ilə Marianın əri yerə tirtap olur. Maria Tereza isə xəyanətini gözü ilə gördüyü ərinin yanına qaçır. Bir yumruqla nəsə olacağını zənn edir və ağlayıb, onu əzizləməyə başlayır. Bu da qadın ürəyi və sədaqəti.
3. Linda tərcüməçi və savadlı qadındır. Kişilərin zəif xüsusiyyətlərindən istifadə edərək ələ salıb, həyatını öz istədiyi kimi yaşayır. İş “party”-sində ona vurğun kişilərdən biri rəqs zamanı; Ax Linda, Linda... Linda, mən bütün ömrüm boyu sənin adını söyləmək istəyirəm- deyir. Linda da soruşur ki, sən doğurdan bütün ömrün boyu mənim adımı çəkmək istəyirsən? Kişi cavab verir ki, bəli, bütün ömrüm boyu. Linda isə donuq və bu nə axmaqcadır mimikası alır və cavab verir: Dəhşət! Sanır ki, Linda da çox qadınlar kimi bundan feyzyab olacaq. Amma nəticə gözlənilən kimi olmur. Yəni intellekli qadınlar pafoslu romantikanı loru dildə desək, axmaqlıqdan başqa bir şey hesab etmirlər. Bu qadınlar az təsadüf olunan və cəsarətli qadınlardır.
4. Edit obrazı dramatik və faiz etibarı ilə çox rastlanılan, fədakar qadınlardır. Əri yaradıcı adam olan qadın özünü sevdirmək, sevdiyi adamın maraq dairəsində olmaq üçün onun əsərlərində yazdığı obrazlara bənzətməyə çalışır. Dəyişik və anormal hərəkətlər edir. Özünü başqa qadınlarla müqayisə etməsi və küçümsənilməsi onu təngə gətirir. Amma bir qadın özü kimi olmadan nə qədər çalışsa da, başqa qadınlar kimi cəlbedici ola bilməz. Edit sadəcə bunu anlamır. Eyni zamanda ərinə olan sevgisi də tükənmir. Onu ələ almaq üçün çıxmadığı hoqqa, etmədiyi fədəkarlıq qalmır. Bu da ərinin onun ağlını itirdiyini düşünüb, evə psixoloq çağırması ilə nəticələnir. Ümumiyyətlə qadın həqiqətən, dərindən sevəndə gerçəkdən də ağlının idarəsini itirir. Bir az şiziklik, bir az uşaqlaşma və s. kimi xoşagəlməz tərəflər meydana gəlir. Qadın kişidən çox sevəndə həm daha çox təhlükəli, həm də daha çox fədakar olur. Editin sonda bir cümləsi var. Deyir: “Mən dəli deyiləm, sadəcə sevirəm!” Əslində bu söz mənim bu qədər cəfəngiyat izahıma bədəldi.
5. Eva özü üçün sifariş etdiyi geyimi tanıdığı digər bir qadının alıb, ikisinin də gedəcəyi eyni gecədə geyinəcəyini öyrənəndə əvvəlcə modelyerlə qırğın edir. Sakitləşməyib digər qadının ərinə zəng etdirir ki, bəs sizin arvadınız o geyimi geyinə bilməz. Amma bu biri qadın da dişli çıxıb onu vecinə almayıb, geyinəcəyini deyir. Geyimi ilk sifariş edən Eva digər qadının həmin məclisə gələcəyi maşına yüngülvari partlayış etdirir. Amma sonda həmin məclisə bu qadınlardan xeyli yaşlı bir qadın o geyimdə gələndə Eva hirsindən dəliyə dönüb salonu tərk edir. Vəziyyət bir az şişirdilmiş formada göstərilsə də, rejissor bir qadın üçün eyni geyimdə bir məclisdə olmağın nə qədər faciəvi bir şey olduğunu nəzərə çatdırır. Heç eyni geyimi geyindiyi üçün dalaşan kişi gördünüzmü? Bu da qadın eqosunu göstərir.
baxmır. Əri gözləyirmiş kimi dəstəyi qaldırır. Kimləsə xısın-xısın danışaraq: -Kimlə? Həə, rəfiqəsidir. Kofe içdilər, sonra da evə gəldi? Hə əla, elə mənə də belə demişdi. Və bayaqdan onu izləyən adam telefon köşkündən çıxıb, pəncərəyə tərəf baxmadan iti-iti addımlayaraq yolun izini tutur. Bəli, dedektivin cavabından xoşbəxt olmuş ər, dedektivin çıxıb getməsinə üzülən arvadını qucaqlayaraq; “Mən səni sevirəm, Jean”-deyir. Burada rəfiqənin şeytaniliyi, digər tərəfdən də bir qadınla kişi məntiqinin arasındakı fərq göstərilir. Yəni Jeanın arxasınca düşən bir kişinin hərəkətindən gəldiyi qənaət yalnız bu olur. O, məni bəyənir.
Çox qadınlar belədirlər. Kişi bir davranışı tamam başqa niyyətlə edər, qadınsa özünə götürüb, məni sevir deyə düşünər. Sonda qeyd edim ki, əziz bəylər, bilin ki, ən düzənbaz kişini də sevmək olar. Hə, hə elə bu mənfi cəhətlərinə görə də sevmək olar. Vallah olar, inanın mənə. Biz qadınlar elə ən çox düzənbazları sevirik. Amma hərtərəfli gözəl insandı, yaxşı biridir dediyimiz adam gözlənilmədən bir əclaflıq etdisə, tullayın getsin. Özünüzü zorlamayın. Odur ki, ya əclaf olun, ya da birdəfəlik adam. Yəni nə edim qadın razı qalsın, onu necə anlayım düşünməyi bir kənara qoyub, olduğunuz kimi davranın. Və bizi anlamağa çalışmayın, sadəcə sevin. Qadınlar hərəsi bir xarakterə sahib olsalar nə var idi? Başa düşürəm, çətindir. Amma ondan da çətin olan bu yeddi xüsusiyyət, xarakteri bir qadında cəmlənməsidir. Bir də onu qeyd edim, hər zaman daha çox qadınlar tərəfindən deyilir ki, niyə kişilər xəyanət edir və onları bağışlamaq olar, bizi yox? Aydınlıq gətirim. Psixoloqlar deyir ki, kişi xəyanət edirsə bu biolojikdir. Kişi heç bir səbəb olmadan, sevdiyi qadın olduğu halda belə xəyanət edə bilər. Bu onların sevdiyi qadına olan sevgisinin öldüyü və ya zəifliyi demək deyil. Amma bir qadın həyatında əri, sevgilisi olduğu halda xəyanət edirsə, mütləq bir səbəb vardır. Kişilər xəyanət edən qadını günahlandırmaq haqqına sahib deyillər.
Çünki qadın həyatındakı kişiyə xəyanət edibsə, mütləq səbəbkar o kişinin özüdür. Qadın maksimum dözümlüdür. Maksimum ümid edir. Amma əgər ərinin onu aldatması, qayğısızlığı, sevgisizliyi, cinsi istəklərini önəmsəməməsi kimi əskiklik hiss edirsə, qadın bir yerdə tükənir ki, xəyanət edir. Amma xəyanət etmiş qadını bağışlamaq da düzgün deyil. Bu mənada ki, mən demirəm cinayət işi törədin, baş kəsin. Əsla! Qəti surətdə bu haqqa sahib deyilsiniz. Hələ ki, vicdanınızla bir qadını xəyanətkar etmənizin xəcalətini çəkməlisiniz. Bu mənada bağışlamayın ki, qadın xəyanət edibsə, demək o sizdən gedib. Lap bağışlasanız, lap yanınızda qalmaq istəsə belə bu həm qadının, həm də sizin özünüzü aldatmağınızdan başqa bir şey demək deyil. Cəmal Sürəya demişkən hələ də sizin yanınız uzanan, mətbəxinizdə yemək bişirən qadın sizdən getməmiş deyil. Bir qadın susmuşsa, çoxdan getmişdir. Qadınınız hələ də sizə acıqlanır, dalaşır, deyinir, nəyisə oturub danışmaq istəyirsə, eeeh, başladı yenə bu dır-dır deməyin. Buna sevinin. Bu o qadının hələ də sizin qadınınız olması deməkdir. Bir şeyləri yoluna qoymaq çabası, ümididir. Qadınları anlamağa çalışmayın, sadəcə sevin. Kişilərin hamısı eynidir, qadınsa individualdır. Bu səbəbdən onsuz da anlamayacaqsınız. Bekar olsanız filmi bir də öz nəzərinizlə izləyin.
- Maraqlı
- 04 May 2024