65bcec7e4f0f2202402242206

Qadın vanna otağında gördüyündən ŞOKA DÜŞDÜ-FOTO

Şotlandiyalı qadın vanna otağında vəhşi tülkü tapıb.

kanal.az-ın UPI nəşrinə istinadən verdiyi məlumata görə, o, heyvanı təkbaşına qovmağa cəsarət etməyib və xilasediciləri çağırıb.

Şotlandiya Heyvanları Mühafizə Cəmiyyəti bildirib ki, qadının zənginə xidmət zabiti Ketrin Utterton cavab verib. 

“Sakin vanna otağında tülkü görəndə bir az şoka düşdü. O, heyvanın gün ərzində açıq qapıdan mənzilə qaçdığını düşünür”, - Utterton bildirib.

Mütəxəssisin sözlərinə görə, tülkü qorxmuş kimi görünsə də, xəsarət almayıb: ilkin müayinə zamanı səhhətində heç bir problem olmayıb.

Bundan əlavə, Ketrin tülkünün balası olduğunu bildirdi. Qadın yaxınlıqdakı meşədə tülkü dəliyi tapdıqdan sonra onu vəhşi təbiətə qaytarıb.