65c6fefd4b450202402244341

Qadın alt paltarına sevgilsinin şəklini çəkdi, bunu görən əri... - Tovuzda ŞOK OLAY

Tovuz rayonunda 1992-ci il təvəllüdlü Əmir qısqanclıq zəminində həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əslini (adlar şərti verilib.) qətlə yetirib.

Kanal.az Teleqraf.com-a istinadən bildirir ki, Əmir bibisi qızı Əsli ilə illər öncə ailə həyatı qurub.

Sonradan o, arvadının kənddə Seymurla sevgi münasibətlərində olmaqla ona xəyanət etməsindən şübhələnib.

Buna görə də arvadını 13 iyul 2022-ci ildə saat 11 radələrində birgə yaşadıqları evə bitişik bir otaqdan ibarət yardımçı tikiliyə çağırıb. Əslidən Seymurla sevgi münasibətlərində olması, ona xəyanət edib-etməməsini soruşub.

Əsli Seymurla sevgi münasibətlərini etiraf etməsə də, Əmir arvadının ona xəyanət etməsinə əmin olub və bunu özü üçün qəbuledilməz sayıb.

Əmir bıçaqla Əslinin boğaz nahiyəsini kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Əmirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Nə yaxşı gəldiklərini soruşdum"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Əsli ilə ailə həyatı qurub, birgə nikahdan üç oğlu olub: "Özüm kənddə yerləşən un məmulatlarının satışı mağazasında fəhlə işləmişəm. Həyat yoldaşım heç bir yerdə işləməyib. Orta təhsilliyəm, hərbi xidmətdə olmuşam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən təxminən 3 gün əvvəl, yəni iyulun 10-da işdə olarkən saat təxminən 13 radələrində baldızı Vəfa, qayınanası Nərmin və digər bibisi Gülnar bibisioğlu Əliyə məxsus avtomobillə işlədiyi mağazanın qarşında dayandıqlarını görüb: "Əlidən nə yaxşı gəldiklərini soruşdum. Əli mənə anası Gülnara məxsus paltar və əşyaların bizdə qaldığını, gedərək götürəcəklərini bildirdi. Mən işdə olduğumdan onlarla gedə bilmədim və öz işimlə məşğul oldum".

"Adına söz çıxacağını bildirdi"

Əmir qeyd edib ki, təxminən bir saat sonra Əligilin qayıtdıqlarını və yenidən işlədiyi mağazanın qarşısında dayandıqlarını görüb:

"Bibim Gülnar mənə Əslinin mobil telefon nömrələrini qırdıqlarını, zəng çatmasa narahat olmamağımı bildirdi. Mən niyə Əslinin telefon nömrəsini qırdıqlarını soruşdum. Gülnar Əslinin telefonla çox oynadığını, evə baxmadığını və təmizləmədiyini bildirdi.

Bundan sonra bibim Gülnar mənə uşaqları bağçaya qoymamağımı, Əslinin taksi ilə gedib-gəlməməsini, adına söz çıxacağını bildirdi. Yenidən nə olduğunu soruşdum. Bu vaxt Əli heç nə olmadığını, Əslinin telefonla çox oynadığını dedi. Sonra onlar sağollaşaraq getdilər".

"Seymur adlı sürücüyə zəng vur"

Əmirin sözlərinə görə, həmin vaxtdan sonra Əslidən şübhələnməyə başlayıb:

"Təxminən 1 saat sonra beynimdəki şübhələrə görə Əliyə zəng vurdum. Ondan bibimgilin Əslinin telefon nömrələrini niyə qırdıqlarını, uşaqları niyə bağçaya qoymamağımı, Əslinin niyə taksi ilə gedib-gəlməməsini, niyə adına söz çıxacağını soruşdum.

O, iməndən Seymur adlı taksi sürücüsünü tanıyıb-tanımadığımı soruşdu. Seymuru tanıdığımı, nəyə görə soruşduğunu dedim.

Əli Seymurun Əsli ilə münasibəti olduğunu, Əslinin adını hər yerdə hallandırdığını bildirdi. Məsləhət gördü ki, Seymurun nömrəsinə zəng vuraraq çağırıb söhbət edim, bu məsələni aydınlaşdırım. O, özlərinin də birazdan gələcəklərini bildirdi".

"Boynuna almadı"

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Seymura zəng vurub və işlədiyi yerə çağırıb: "Təxminən 20 dəqiqə sonra Seymur işlədiyim yerin qarşısına gəldi. Ondan arvadımın adına niyə söz-söhbət çıxardığını, onunla münasibəti olub-olmadığını soruşdum. Seymur söyüş söyərək münasibəti olmadığını, onun adına söz-söhbət çıxarmadığını dedi.

Seymura inanmadığımdan mübahisəmiz yarandı. Bu vaxt Əlinin avtomobilinin dayandığını gördüm. O və digər bibim uşaqları gəldilər, bizi araladılar".

"Maşında çəkişmə oldu"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Əli Seymura bir az uzaqlaşmağı təklif edib:

"Nə olduğunu soruşdum, Əli dəqiq bir şey demədi. Daha sonra Seymurun "VAZ 2106" markalı avtomobilinə əyləşdi. Avtomobil təxminən 2 metr sonra dayandı. Onlar söhbət etməyə başladılar. Bir az sonra avtomaşında çəkişməyə başladıqlarını gördüm. Orada səs-küy oldu. Seyumur qaçaraq getdi.

Əlidən niyə Seymurla dalaşdığını soruşdum. O, Seymurun giclədiyinə görə onunla süprüşdüyünü dedi. Daha sonra orada olan polis əməkdaşları bizə yaxınlaşdı, nə məsələ olduğunu soruşdular. Seymurun şikayət edəcəyini fikirləşdiyimizdən bu barədə polis əməkdaşlarından şöbəyə məlumat vermələrini xahiş etdik".

proqramına daxil oldum.

Həmin vaxt Əslinin "BA" yazılan şəxslə yazışması olduğunu gördüm. Həmin şəxsin adına daxil oldum. Seymurla yazışdıqlarını, lakin mesajların silindiyi, Seymurla arvadımın alt paltarında olan şəklini gördüm.  

Arvadımdan şəkil barədə soruşdum. Əsli mənə xəyanət etdiyini boynuna almadı, şəklin fotomontaj olduğunu dedi. Bundan sonra yenidən arvadımı öldürmək istədim. Lakin yenə də uşaqlarımın Əslinin yanında olduğunu gördüm. Onu sabahı gün öldürmək qərarına gəldim". 

"Yaxşı edirəm, gəzirəm, öldürürüsən öldür"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 13-də saat təxminən 11 radələrində Əslini öldürmək üçün onu evlərinə bitişik olan yardımçı tikiliyə çağırıb:

"Yenidən sorğu-sula başladım. Ondan "telefonunda olan şəkildəki sənsənmi" deyə soruşdum. Mənə xəyanət edib-etməməsini, Seymurla cinsi əlaqədə olub-olmadığını soruşdum. Əsli məndən çəkinərək və gözləri dolaraq xəyanət etmədiyini, Seymurla cinsi əlaqəyə girmədiyini bildirdi. Amma bu sözlərə inanmadım.

Nənəm və uşaqlarımın içəri girməməsi üçün yardımçı tikilinin qapısını örtdüm. Orada olan köhnə soyuducudan mətbəx bıçağını götürdüm. Əsliyə onu öldürəcəyimi dedim. Əsli də mənə "yaxşı edirəm, yaxşı edirəm, yaxşı edib gəzirəm, öldürürüsən öldür" dedi".

"Ölmədiyini gördükdə..."

Əmir qeyd edib ki, bundan daha da əsəbiləşib və artıq Əslinin ona xəyanət etdiyinə əmin olub: "Əslini öldürmək üçün onun saçından tutaraq üzü aşağı vəziyyətdə yerə yıxdım. Sol qolunu boğazına dolamaqla onun boğaz nahiyəsini kəsdim. Bu zaman bıçaq öz qolumu da kəsdi.

Əslinin boğazını kəsərkən bıçağın tiyəsi əlimdə qırıldı. Əsli xırıldamağa başladı. Köhnə soyuducudan ikinci bıçağı götürdüm və Əslinin əziyyət çəkməməsi üçün bir daha onun boğazından kəsdim. Kürək nahiyəsindən 8-10 dəfə bıçaqla vurdum. Onun ölmədiyini gördüm.

Üzü üstə çevirərək sinə nahiyyəsindən bıçaqla 7-8 dəfə tez-tez vurmağa başladım. Yenə Əslinin ölmədiyini gördüm. Onun üzü üstə çevirdim və boyun nahiyəsindən bıçaqla 6-7 dəfə vurdum. Axırıncı dəfə bıçaqla möhkəm vurdum və bıçaq Əslinin boynunda qaldı".

"Peşmançılıq hissi keçirirəm"

Əmir bildirib ki, qonşular gələrək onu oradan çıxarıblar: "Yardımçı evin balkonu tərəfə getdim, orada dayandım və həmin yerlərə qolumdan qan axdı. Daha sonra polis əməkdaşları gələrək məni apardılar. Törətdiyim əməldən övladlarımın valideynsiz qaldıqları üçün peşmançılıq hissi keçirirəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən atası Valehin sözlərinə görə, qətlə yetirilən onun doğma qızı, qətli törədən isə arvadının qardaşı oğlu, həm də kürəkənidir:

"Qızım Əsli heç bir yerdə işləməyib və evdar qadın olub. Kürəkənim Əmir isə un məlumatlarının satışı mağazasında fəhlə işləyib. Əmirin bir yaşı olarkən anası vəfat edib. Bundan sonra Əmirə qayınanam baxıb böyüdüb. Həmin vaxtdan etibarən Əmir qayınanamla birlikdə yaşayıb".

"Taksi sürücüsü ilə dalaşdığını bildirdi"

Valeh bildirib ki, iyulun 12-də Musa həkimin fermasında işləyən zaman saat təxminən 12 radələrində arvadı Nərmin ona zəng vurub və kürəkəni Əmirin dalaşdığını, polis şöbəsində olduğunu, tez ora gəlməyi deyib: "Mən isə nə olduğunu soruşdum. Nərmin mənə Əmirin kafedə yeyib-içdikdən sonra taksi sürücüsü ilə dalaşdığını bildirdi.

Fermadan çıxaraq Tovuz rayon polis şöbəsi tərəfə gəldim. Yolda arvadım mənə zəng vuraraq Əmiri buraxdıqlarını, evə getdiklərini bildirdi".

"Qızımın evinə getdik"

Hüquqi varis qeyd edib ki, səhərisi, yəni hadisə günü, saat 7 radələrində qızı Əsligilə gedib: "Əsli və uşaqları yatmışdı. Əmir isə oyaq idi. Qızım yuxudan duraraq çay qoydu və çay içərkən Əmirdən əvvəlki gün niyə dalaşdığını soruşdum. Əmir heç bir şey olmadığını, söz-söhbət olsa, arvad-uşağını Gəncə şəhərinə aparacağını bildirdi. Nə söz-söhbət olduğunu soruşduqda, "boş ver, heçnə yoxdu" dedi.

Bundan sonra Əmirgilə bizə getməyi təklif etdim. Əmir və qızım axşam özlərinin gələcəklərini bildirdilər. Mən işlədiyim fermaya qayıtdım.

Fermaya getdikdə qızım və arvadımı orada gördüm. Onlardan nə haqq-hesab olduğunu, Əmirin niyə dalaşdığını soruşdum. Arvadım mənə Əslinin taksi sürücüsü Seymurla gedib-gəldiyini, onların taksidə nəsə söz-söhbəti olduğunu, baldızım uşaqlarının bunu bildiyini, Əmirin taksi sürücüsü ilə dalaşdığını dedi.

Təxminən yarım saat sonra mobil telefonuma tanımadığım bir nəfər qadın zəng vuraraq kürəkinim Əmirin qızımı öldürdüyünü bildirdi".

"Məndən nömrəmi istədi"

Cinayət işində adı keçən Seymur şahid qismində dindirilən zaman bildirib ki, vəfat edən Əslini tanıyıb: "Hadisədən təxminən 1 ay əvvəl "Öysüzlü" dayanacağı adlanan yerdə taksi kimi dayanarkən əvvəllər tanımadığım, adını sonradan bildiyim Əsli əlində paltar çantası ilə yaxınlaşdı, onu Qovlar şəhərinin mərkəzinə neçəyə apara biləcəyimi soruşdu. 10 manata dedim. Qadın 7 manatı olduğunu və həmin qiymətə onu aparıb-apara bilməyəcəyimi soruşdu.

Apara biləcəyimi dedim, Əsli avtomobilə əyləşdi, onu həmin ünvana apardım. Çatanda Əsli mənə "gözlə, məni geri qaytararsan, mən də pulunu artıraram" dedi. Razılaşaraq onu gözlədim.

Təxminən 15 dəqiqə sonra Əsli əlində 2 çanta paltarla avtomobilə əyləşdi. Yolda Əsli mənə pulu olmadığını dedi. Nömrəmi istəyərək zəng edəcəyini, səhər pulumu verəcəyini dedi. Mən də Əsliyə problem olmadığını bildirdim".

"Ondan xoşum gəldiyini dedim"

Seymur qeyd edib ki, yolda Əsli ondan xoşu gəldiyini, evli olmadığını və boşandığını deyib: "Mən də Əsliyə ondan xoşum gəldiyini dedim. Nömrəsinin düşməsi üçün mənə zəng vurdu və uşaqlarını bağçadan götürəcəyini dedi. Bundan sonra Əsli ilə tanışlığım və münasibətim yarandı. Təxminən 1 saat sonra Əsliyə zəng vuraraq ondan uşaqlarını götürüb-götürməməsini soruşdum. Əsli uşaqları götürdüyünü dedi".

Seymur qeyd edib ki, səhəri günü Əsli ona zəng vurub, dayanacaqda olduğunu, Qovlar şəhərinə gedəcəyini deyib: "Mən də həmin yerə gədlim. Əslini Qovlar şəhərinə apardım. Bundan sonra telefonda danışıb, yazışmağa başladıq.

Təxminən 5 gün sonra Əsli mənə vatsap proqramı ilə mesaj yazaraq həmin dayanacaqda olduğunu dedi, həmin yerə gəlməyimi istədi. Mən də idarə etdiyim avtomobillə həmin yerə getdim. Bir qədər söhbət etdikdən sonra Əsliyə onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Əsli də mənimlə razılaşdı. Həmin günü avtomobilimdə cinsi əlaqədə olduq".

"Nömrəsini bloka atdım"

Seymur daha sonra ifadəsində göstərib ki, cinsi əlaqədə olduqdan iki gün sonra Əsli ona zəng edib və görüşüblər. Onun ifadəsinə görə, həmin vaxt Əsli ona evli olduğunu deyib: "Ondan kiminlə evli olduğunu soruşduqda Əmirin adını çəkdi. Bundan sonra Əmiri tanıdım.

Əmirin işlədiyi mağaza evimizə yaxın olduğundan un və digər məmulatları demək olar ki, həmişə həmin mağazadan almışam. Bundan sonra ona zəng vurmadım və nömrəsini bloka atdım".

"Məndən borc istədi, nömrəsini blokdan çıxardım"

Şahid qeyd edib ki, təxminən 2 gün sonra Əmirin işlədiyi mağazaya arpasını satmağa gedib:

"Mağazada olanda hərbçi müştərilərimdən mənə zəng gəldi. Taksini nisyə sürməyimi Əmir də bildi. Əmir məndən ehtiyac olsa, zəng edib nisyə, yəni maaş alana kimi ona taksiçilik edib-edə bilməyəcəyimi soruşdu. Mən də problem olmadığını, istədiyi vaxt zəng edə biləcəyini dedim.

Səhəri gün Əmir mənə zəng vuraraq arvadı və uşaqlarını qayınatasıgilə neçiyə apara biləcəyimi soruşdu. 20 manata dedim. Əmir hələ pulu olmadığını, maaşda verə biləcəyini dedi. Razılaşaraq onun nənəsi, arvadı və uşaqlarını qayınatasıgilə apardım.

Səhəri günü yenə zəng vuraraq arvadı və uşaqlarını qayınatasıgildən gətirməyimi xahiş elədi. Yenə razılaşdım. Evlərinə dönən yolda orada olan mağazanın sahibinin Əsliyə qışqıraraq borcunu gətirməyi tələb etdiyini eşitdim. Evlərinə çatanda isə Əsli 60 manat pulum olub-olmadığını soruşdum. Mən də Əmirə zəng vuraraq məlumat verəcəyimi dedim. Əsli isə mənə ehtiyac olmadığını, həmin borcun bacısının olduğunu və səhəri günü qaytaracağını dedi. Mən də razılaşdım, ona 60 manat borc pul verdim.

Bundan sonra Əslinin mənə zəng vuraraq pulunu qaytaracağını fikirləşdiyimdən onun nömrəsini blokdan çıxardım. Həmin gün axşam biz yenidən yazışaraq danışmağa başladıq.

Səhəri gün Əsli pulumu qaytarmadı. Bir-iki gün gözləməyimi xahiş etdi. Amma yenə pulumu qaytarmadı. Əslinin yalan danışdığını gördükdən sonra yavaş-yavaş ondan uzaqladım, onunla danışmadım".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əmir 16 il müddətinə azadlıqdan məhrum edilib.