Putinin Yeni il təbriki zamanı arxasında dayanan qadının kimliyi heyrətə gətirdi - FOTOLAR

  • Dünya
  • 02 Yanvar 2023
63b1f1ded0fc6202301234934
  • Oxunub: 2653

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq Kreml fonu qarşısından lentə alınmayıb.

Çıxış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Putin hərbçilərin qarşısında dayanaraq ölkə əhalisini 2023-cü ilin gəlişi münasibətilə təbrik edib.

Lakin ən maraqlı məqam Putinin arxasında duranlardı.

Onların hərbçi olmadıqları bəlli olub.

Belə ki, elə həmin bu adamlar 2017-ci ilin sentyabrında, V.Putin Dmitri Medvedyevlə birlikdə Novqorod vilayətindəki İlmen gölünə balıq tutmağa gedəndə "fon" rolunu oynamışdılar.

Daha sonra Novqoroddakı Svyato-Yuryevsk monastırındakı ibadət zamanı da eyni adamlar "kütlə" rolunda idilər.

V.Putinin Yeni İl müraciətində arxada duran, əynində hərbi geyim olan "kapitan" rütbəli "hərbçi" qadın Larisa Serquxina adı ilə təqdim edilmiş Yekaterina Safronovadır.

O, bir çox görüşlərdə və müraciətlərdə "fon" rolunu oynamış insanlar arasında olub. / Milli.az

Oxşar xəbərlər