626a8d6b09ebb_631972Image1

Putinin məşhur masasından cəmi 1 ədəd var: Qiyməti... - FOTOLAR

Rusiya Prezidenti Vladimir Putinin dünya liderlərini qəbul edərkən istifadə etdiyi uzun masa barədə maraqlı detallar üzə çıxıb.

Kanal.az xəbər verir ki, İtaliyanın “Corriere” qəzetinin araşdırmasına görə,masa 25 il əvvəl hazırlanıb. Uzunluğu 5 metrə çatan masanın qiyməti 106 min dollardır. Maraqlıdır ki, bu masadan cəmi bir ədəd hazırlanıb.Qeyd edək ki, Putin ilk dəfə fransız həmkarı Emmanuel Makronu daha sonra BMT-nin Baş katibi Antonio Quttereşi həmin masada qəbul etmişdi. Kreml bunu pandemiya şərtləri ilə əlaqələndirmişdi. Ekspertlər isə bildirib ki, Putin bu addımı ilə Qərb liderlərə güvənmədiyini, onları hədələdiyini nümayiş etdirmək istəyib.