“Ötən gecə ABŞ-ın Rusiyaya göndərdiyi təhlükəsizlik zəmanətinə dair yazılı cavabı prezident Vladimir Putin şəxsən oxuyub”.
Kanal.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib:
“ABŞ və NATO Rusiyanın narahat olduğu əsas tələblərini rədd edib. Buna görə də, optimist olmaq üçün çox səbəb yoxdur. ABŞ və NATO-nun yazılı cavabını nəzərdən keçirmək üçün vaxta ehtiyac var. Tələsik qərar vermək istəmirik”.
Rusiyanın Xarici İşlər naziri də məsələ barədə açıqlama verib və ABŞ-ın cavabının müsbət olmadığını ifadə edib.