62209eda2e50e_grthrttyjytj

“Putini işə gətirən helikopter bir həftədir görünmür” - Rusiya jurnalisti

Rusiya prezidenti Vladimir Putinin harada olması barədə çoxlu suallar verilir, amma rəsmi cavab yoxdur. Bir neçə gün əvvəl onun Uralda inşa edilmiş bunker tipli xüsusi mənzil-qərargahda işlədiyi bildirilmişdi.

Artıq bir həftədir ki, Kreml yaxınlığında Vladimir Putini işə gətirən helikopterlər görünmür.

Kanal.az xəbər verir ki, bu barədə Rusiyadan olan dissident və jurnalist Aleksandr Podrabinek sosial şəbəkə hesabında məlumat verib. O deyib ki, mənim evimin pəncərəsindən Kreml görünür və bir həftədir Putinin helikopterləri Kreml ətrafında görünmür.

"Adətən, həftə boyunca iş günlərində saat 11-ə işləmiş iki helikopter bir-birinin ardınca bir neçə dəqiqəlik fasilə ilə bizim evin üzərindən uçur. Onlar düz Kremlin ərazisinə enir. Putin onlardan birində uçur. Bu, faktdır və hər kəs bunu öz bildiyi kimi yoza bilər”,- deyə jurnalist əlavə edib.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Rada telekanalının efirində demişdi ki, Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Uralda bunkerdə olmasına dair sübutlar var.

"Putin artıq 5-ci gündür ki, Uraldakı bunkerindədir. Onun bunkerdə olması faktı yüz faiz dəqiqdir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Və bunu bir çoxları da təsdiqləyir. Rusiyalı media nümayəndəliri - analitiklər, jurnalistlər və s. də bunu təsdiqləyir”.