621f2b526071f_6ca4f263-8e47-4ad4-85a6-8c07346fe40a

Putinə "Sürpriz": "Haaqa səni gözləyir" - FOTO

“Putin, Haaqa səni gözləyir”.

Kanal.az xəbər verir ki, Rusiya səfirliyinin girişinin qarşısındakı yolda 20 metr uzunluğunda yazı yerləşdirilib. Yazıda “Putin, Haaqa səni gözləyir” sözləri yazılıb.

Məlumata görə, yazını Vilnüs meri Remiqius Simasius yerləşdirib.“Şəhər adminstrasiyası həmişə incəsənəti və xüsusilə sülh mesajı daşıyan sənəti dəstəkləyir. Sülhün mesajı budur ki, müharibə cinayətkarları Haaqada, cinayət məhkəməsində mühakimə olunmalıdır”, – deyə mer bildirib.