putin

"Putin Yeni il müraciəti zamanı gülləkeçirməz jilet geyinib?

“Vladimir Putinin Yeni il müraciəti zamanı gülləkeçirməz jilet geyinməsi xəbəri çəfəngiyyatdır”.

Kanal.az Rusiya mediasına istinadla xəbər verir ki, İnternet istifadəçiləri daha əvvəl dövlət başçısının Yeni il çıxışını müzakirə ediblər. Sosial şəbəkə istifadəçiləri hesab edirdilər ki, Rusiya prezidenti Vladimir Putinin Yeni il müraciəti montaj olunub və bir dublda yazılmayıb, dövlət başçısının özü isə gülləkeçirməz jilet geyinib.

Prezidentin mətbuat katibi Dmitri Peskov Daily Storm-a verdiyi müsahibədə internetdəki şərhçilərin fərziyyələrlə “həddini aşdığını” söyləyib.

O, Vladimir Putinin Yeni il müraciəti zamanı gülləkeçirməz jilet geyinməsi xəbərini cəfəngiyyat adlandırıb və bu yalanı yazanları həddindən çox alkoqollu içki qəbul etdiyini istisna etməyib.

“Bu tam cəfəngiyatdır! Uşaqlar, açıq-aydın, Yeni ildə həddindən çox “kefləniblər”! Yeni iliniz mübarək!” – Peskov deyib.

Qeyd edək ki, Vladimir Putinin sonuncu Yeni il müraciəti zamanına görə ən uzunu olub. Altı dəqiqə 22 saniyə uzunluğunda və 700-dən çox sözdən ibarət olub. / Konkret.az