6465e10441bef202305232540

Putin təkcə bu iki ölkənin rəhbərindən "qorxur" - ŞOK DETAL

Rusiya Prezidenti Vladimir Putinin hörmət etdiyi və anlaşdığı liderlərdən biri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.

Bu barədə Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Jirnov deyib. O bildirib ki, Putinin çəkindiyi və hörmət etdiyi iki liderdən biri Ərdoğan digər isə Çin lideri Si Cinpindir.

Onun sözlərinə görə, Putin Qərb liderləri arasında heç kimə hörmət etmir.

"Putin Si Cinpindən çəkinir, həm də qısqanır. Çünki Çin böyük ölkədir və əhalisi çoxdur. Çin öz oyununu oynayır. Bu, Putin üçün çətindir", - KQB-nin keçmiş zabiti qeyd edib.