Putin Makronu bu səbəbə görə uzun masada otuzdurub - Rusiya fransız liderin DNT-sini ələ keçirmək istəyib

  • Dünya
  • 11 Fevral 2022
620210cd5737f_macron-3

Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin Moskvada uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

Kanal.az xəbər verir ki, buna səbəb Makronun COVİD-19 testindən keçməklə bağlı Kremlin tələbini rədd etməsi olub.Fransa Prezidentinin sağlamlıq protokolundan xəbəri olan iki mənbə agentliyinə bildirib ki, Makrona seçim imkanı verilib: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır.“Bunun uzun masa və əl sıxışmamaq anlamına gəldiyini çox yaxşı bilirdik. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik” - deyə mənbələrdən biri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.

Oxşar xəbərlər