Putin

"Putin belə öləcək" - Müsəlmanlar... / Gürcü ekstrasensin ŞOK proqnozu

Gürcüstanın ən məşhur öncəgörəni Leli Kakuliyanın Ukrayna və Rusiya haqqında “peyğəmbərliyi” “Duanın gücü” YouTube kanalında yayılıb.


Kanal.az xarici mediaya istinadla onun əsas 6 mesajını təqdim edir.


1. Ukrayna azad və müstəqil ölkə olaraq qalacaq

Ukrayna nə Avropanın, nə ABŞ-ın, nə də Rusiyanın tabeçiliyində olmayacaq.

“Ukrayna ruslar olmadan böyük qüdrətli dövlətə çevriləcək. Ukraynanın yeni hökuməti dünyaya böyük sürprizlər hazırlayacaq, dünya siyasəti çox gərgin olacaq”, – Leli Kakuliya deyir.


2. Putinin qanlı planı reallaşmır

Sovet respublikalarının birləşdirilməsi planı baş tutmayacaq. Hakimiyyət öz cinayətlərini gizlədəcək, lakin bu, uzun sürməyəcək.


3. Zelenski Rusiyaya qarşı amansız olacaq

Onun siyasi gedişləri Rusiya hökumətinə böyük zərbə olacaq.


4. Ukrayna Avropa Birliyinə daxil olacaq

Ukrayna hakimiyyəti Avropa ilə bütün müqavilələri imzalayacaq və ölkə Avropa Birliyinə daxil olacaq.


5. Putini müsəlmanlar öldürəcək

Bütün Şimali Qafqaz birləşib Rusiyaya müharibə elan edəcək. Rusiya mütləq Qafqazı itirəcək. Putin Rusiyadakı siyasi vəziyyəti həll edə bilməyəcək. Onu müsəlmanlar öldürəcək, bunu 100 faiz görürəm.

Moskvada müsəlmanlarla döyüşdən sonra hər şey dağılacaq, bütün Qırmızı meydanın qanla dolduğunu görəcəyik.


6. Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək

Ukrayna Rusiya ilə müharibədə qalib gələcək. Həmçinin, mən gələcəkdə bölünmüş və ya parçalanmış Ukrayna görmürəm. Ukrayna öz ərazilərini saxlayacaq və Krımı qaytaracaq./lent.az/