6666a4f8f3b08202406240216

Psixoloq: Kişilər xəyanət etdikdən, aldatdıqan sonra sevdiyi qadını itirmək təhlükəsi yaşayır


Psixoloq-psixoterapevt Xanım Niftəliyeva Radio Space 104 FM-in “Radio Doktor” proqramına “Sevgi və onun yaratdığı xəstəliklər" mövzusundan danışıb. İnformator.az saytı həmin müsahibənin mətnini təqdim edir. 1. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sevgini rəsmən psixi xəstəliklərin siyahısına daxil edib. Belə ki, o, siyahıda F63.9 kodu altında qeyd olunub. ÜST nümayəndələri hesab edir ki, sevgi “psixi pozğunluqdur” və artıq bu xəstəlik adıgedən təşkilatın siyahısında alkoqolizm,iqromaniya, toksikomaniya, kleptomaniya kimi xəstəliklərlə eyni cərgədədir. Sizcə, sevgi nədir və xəstəlikdirmi? İlk dəfə ABŞ-ın Kaliforniya ştatında sevginin bəzi növləri xəstəlik kimi qeydə alınıb. Adel sindromu, platonik sevgi bura aiddir. Sevgiyə yoluxan insanların intihara cəhd etdiyi hallar olur. Sevgi fədakarlıqdır. Tək insanı yox, digər canlıları da sevib bağlana bilərsən. Heyvanlara, bitkilərə qarşı da sevgimiz ola bilər. Bizim Tanrıya olan sevgimiz var və bu fədakarlıqdır. Qarşılıq gözləmədən, şərt qoymadan, şərt gözləmədən sevirik. İnsan insanı sevəndə də qarşılığını gözləməməlidir. 2. O zaman demək olar ki, əsl sevgi qarşılıqsız olandır? Bəli, ən gözəl sevgi qarşılıqsız olandır. Amma özünə xəstə vəziyyətinə gətirmədən. Qarşılıq gözləyəndə o xəstəliyə çevrilir. Sevgi azaddır. Sevərkən ali hiss kimi duyğularımızı idarəetməni itirmədən deməliyik. Qarşılıq gözləmədən sevənlər var. Platonik bütün sevgilər sindrom deyil. Bu gün 100 nəfərdən 90-da bu müşahidə olunur. O demək deyil ki, bu xəstəlikdir. Onun da limiti var, faizi var. Ağıllı insan məntiqlə düşünür, insan özünə ziyan verməmək üçün dur deyə bilməlidir. 3.Sevginin ömrü nə qədərdir? Ən uzun sevgilərin ömrü 3 ildir deyirlər. 4. Sevginin ağrılı tərəflərini vurğulayırsınız. Sevginin xoş tərəfi yoxdur? Qadın ən dəhşətli ağrıyan doğum sancısına dözür. Əgər ona dözürsə sevgi ağrısını da qaldıra biləcək gücdədir. Kişilər də sevir, sevgisi uğrunda da ağlayanlar olur. Amma hansı şəkildə ağlayır, nə vaxt ki itirmək istəmir? Xəyanət edir, aldadır. İtirəndə dərk edir ki, bu qadını sevir. 5. Bir mahnı da deyildiyi kimi “Bezdirdim mən səni sədaqətimlə”, sədaqətlə qarşı cinsi bezdirmək olur? Hansı halda narazılıqlar yaranır? İnsanlar sərbəstlik, rahatlıq, azadlıq istəyir. Hər kəs həyatını bir şəxsə bağlayacaq deyə bir şey yoxdur. Adamın sevgisi onun özünə aiddir. Qarşımızdakı insan məcbur deyil ki eyni duyğunu bizə qarşı yaşasın. Bəzən deyirlər sevgi yarası sağalmır. Əksinə sağalır. Güclü iradəli insan bir dəfə travma alıb uğursuz sevgi yaşayıb və onu xəstəliyə çevirməyibsə, ikinci dəfə sevəcək. O zaman daha məntiqli uğurlu formada olacaq. Daha təcrübəli olacaq. İkincidə əvvəl qazandığı təcrübədən istifadə edəcək. İkinci dəfə sevgisi daha yüksək, ali olacaq. 6. Əsli Kərəmdən, Leyli Məcnundan misal gətirilir hər zaman. Indi belə sevgilər var? Bunlar ədəbi nümunələrdir. Hələ də reallıqda o cür sevgi ilə yaşayan, bağlanıb qalan görməmişik. Sevən, bu hissi güclü formada yaşayan var, amma sonra depressiyadan çıxır. Özü çıxa bilmədikdə mütəxəssisə müraciət edir və bu vəziyyətdən çıxır. Əziyyət çəkirsən unuda bilmirsənsə, həyatına yenilik qat, başqalarına şans ver. Biri sənin saf sevgini qiymət vermədikdə o demək deyil ki ikinci gələn eyni şeyləri yaşadacaq. 7. Sevgi ilahi hissdir. Allah bu hissi sənə yaşadırsa çox gözəl. Amma alınmayanda bir müddət sonra unudursan. Nəsə onu sənə xatırladır. Yeniyetmə sevgilərində hansı halda valideynlər həyəcan siqnalı çalmalıdır? Bu zaman olan sevgi yeni yaranır. Bir qızın saçı, duruşu, baxışı xoşuna gəlir. Bu yaşda bəzən valideynlər qızını tənqid, hətta təhqir edir. Amma bu düz deyil. Onların şüarlarına sevginin nalayiq bir şey olduğunu yeridirik. O da onların gələcək həyatına təsir edir. Öz həyat yoldaşına sevdiyini açıq şəkildə deyə bilmir. Hesab edir ki, hər şeyin əxlaqi çərçivəsi var və sevginin də buna sığışdırmalıdır. Nənələrimiz, analarımız bunu bizim şüurumuza yeridir. Mən 12-13 illik iş fəaliyyətim ərzində müşahidələrimdən nəticə çıxararaq bunu deyə bilirəm. Universiteti qazanan bir qız var, valideyn şərt qoyur ki oxumalısan. Biz dediyimizlə evlənməlisən. O getdiyi yerdə də xoşbəxt olmayacaq. Valideynlər uşaqlarına kənardan nəzarət etməlidir. Onların sevməyə sevilməyə haqqı var. Fiziki təmas olmamalıdır. Eyni hazırlıqda, kursda bir-birini sevən gəncləri uzaqlaşdırırlar. Yeniyetmələr hər şey edə bilər düşüncəsi ilə intihara da əl atır. Valideynlər psixoloq deyil. Amma uşaq təhqir, tənqid edib, aşağılayan dillə danışmaqdansa mütəxəssislərdən fikir almaq lazımdır. Mən də valideynəm, oğlum, qızım var. Uşaqlara icazə verin yaşayacaqları hissləri vaxtında yaşasın. Ağlamaq istəyirsə, ağlasın, qışqırmaq istəyirsə, qışqırsın. Sevmək istəyirsə, sevsin. Zamanında bunları yaşasa, irəli yaşda buna ehtiyac qalmayacaq. Əxlaqsızlıq donu geyindirdiyimiz insanlar var. Onlar zamanında sevgi yaşamayıb. Nə axtardıqlarını hələ də bilmirlər və yalnış sevgilər yaşayırlar. 8. Sevgi xəstəliyinin müalicəsi nədir? Sevir qovuşa bilmir, onda nə etsinlər? Terapiya vaxtı o insanla bağlı xatirələr silinməlidir. Sosial şəbəkədən, telefondan xatirələri silinməlidir. Düzdür, bunun çox ağrısı var. Amma bütün şiddətli ağrıların sonunda fərahlıq var. Birlikdə sevərək söylədikləri musiqiqlərə qulaq asmamalı, aktiv həyata başlamalı, iş yerində tez-tez qarşılaşırsa, işlərini dəyişmək tövsiyə olunur. Bəzən biz pasiyentin yatmaq formasını da dəyişdiririk. Yara sağalana kimi birlikdə getdikləri məkana getməmək, eyni küçədən keçməmək kimi tövsiyələr verilir. Sonunda travma sağalmağa başlayırsa, həyatına bir insanı qəbul edə bilər. Çünki geri qalan acılar onunla sağalır. 9. Sevgi nə zaman təhlükəlidir? O zamankı insan idarəetməni itirir. Həddindən artıq sevir. Bir xanım həddindən artıq başqasını sevirdi. Sonra sevdiyi şəxsin evli olduğunu bilmişdi. Və bundan sonra o sevgi onda xəstəliyə çevrilmişdir. Oğlanın iş yerinə gedir, maşının üstenə pomadası ilə yazı yazmışdı. Psixoloji müayinələr zamanı hisslərini ağır şəkildə dilə gətirirdi. Bundan xilas olduqdan sonra o ölkəni dəyişdi. İndi həmin xanım olduqca xoşbəxtdir heç vaxt köhnə mövzuya qayıtmır. 10. Bəylərin subay adı ilə münasibət qurmasına rast gəlinir. Dürüst olmaq əsasdır. Hər qısqanan sevir? Xeyr. Açığı qısqanclıq ilk sevgidə uğursuzluq, aldadılma və xəyanətin göstəricisidir. Qarşısındakı insan hər şeyi düz deyir, dürsütüdür. O da bilir, amma daxilində şüarunda təlaş var. Hər insan qısqanırsa sevir demək deyil. Özünə əmin olmalıdır. Özünə əmindirsə sevgisindən də arxayındır. İstədiyimiz sevgini bir birimizdən alırıqsa niyə qısqanmalıyam.