621631d547b34_thumbs_b_c_92433a9f26e5954e2a53d82f5dad8a45

Proses Azərbaycanla koordinasiyalı şəkildə aparılır - Ərdoğan

“Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır”.

Kanal.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O deyib:

“Azərbaycan-Ermənistan münasibətləri ilə Türkiyə və Ermənistan arasındakı normallaşma prosesi bir-birini dəstəkləyərək irəliləyə bilər. Bölgədə əməkdaşlıq fikrimiz bu ikili prosesi dəstəkləyəcək və bu ikili prosesdən bəslənəcək. Hər kəs bu tarixi fürsəti yaxşı dəyərləndirmək üçün konstruktiv davranmalıdır. Biz prosesləri bu günə qədər olduğu kimi bundan sonra da, Azərbaycan ilə yaxın koordinasiya içində davam etdirəcəyik”.