680a3ac97e947202504252113

Prezidentin Çin telekanalına müsahibəsində nə mesaj verilmək istənilib? - Masanın üzərində... – FOTO

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibə verib.

Kanal.az xəbər verir ki, müsahibə zamanı dövlət başçımızın əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı armudu stəkanda çay, su və limonun olması Azərbaycanın mədəniyyətinin, ənənələrinin simvolik şəkildə nümayişi idi.
 

Çay Azərbaycan və Çini birləşdirən ortaq dəyərlərdən biridir. Müsahibə götürən jurnalistin çay mövzusuna böyük maraq göstərməsi də bundan irəli gəlir.


Çayın tarixi, onun dünyaya məhz Çindən yayılması, Azərbaycanda da çayın sevilməsi, özünəməxsus çay içmə mədəniyyətinin olması hər kəsə məlum olan faktlardır.

Masanın üzərində limonun olması da Azərbaycanda çayın limonla içildiyinin göstəricisidir.

Həmçinin, masanın üzərindəki su Kəlbəcərdə çıxan "İstisu" dur.

Bütün bunlar Azərbaycan mədəniyyətinin simvolik yolla, qeyri-verbal kommunikasiya vasitasilə nümayişi və təbliğidir.

/bizim.media