6587c3c4821dc202312233812

Plastik əməliyyat etdirməyən yeganə müğənniyəm - Türkan Vəlizadə

Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib.

Kanal.az-ın xəbərinə görə, teleproqramların birində heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.

“Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”.

Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”, - Türkan vurğulayıb.

Lent.az