63bc703a3eb9c202301235122

PKK-ya qan udduran, ermənilərin qorxulu röyasına çevrilən Bəxtiyar Paşa HAQQINDA İNANILMAZ FAKTLAR

O, əsl türk zabitidir. PKK terrorçuları ilə mübarizədə əsgərləri ilə birgə qəhrəmanlıq dastanı yazıb. 31 ay həbs olunması belə onu vətən sevgisindən döndərə bilmədi. Hazırda eyni vətənsevərliyi və uğuru ilə Azərbaycan Ordusunda xidmət edir...

Bəli, o, Türk Dünyasının qəhrəman oğlu Bəxtiyar Ersaydır. 

Lent.az “Onu tanı” layihəsində Azərbaycan müdafiə nazirinin yeni müşaviri Bəxtiyar Paşa haqqında bilmədiyiniz faktları təqdim edir:

Bəxtiyar Ersay 1969-cu il fevralın 8-də Türkiyənin Tunceli vilayətində dünyaya göz açıb. Atası kənd müəllimi olub. O, oğlunun da özü kimi kənd institutunda təhsil almasını istəyirdi. O zamanlar Türkiyədə kənd institutları Anadoluda yaşanan müəllim çatışmazlığını aradan qaldırılması üçün yaradılmışdı. Atasının arzuladığı kimi, Bəxtiyar Ersay da kənd institutlarında yetişənlərdən biri oldu. 

Oğlunun əsgər olmasını istəyən ata kənd institutunu bitirdikdən sonra onu böyük qürurla hərbi təhsil alması üçün İşıqlar Hərbi Liseyinə qoyur. Təhsil həyatı çox parlaq olan Bəxtiyar yaxşı zabit olmaq yolunda sürətlə irəliləyirdi. O, təhsildə qazandığı nailiyyətlərlə uğur qazanmağa başladı. Bəxtiyar hərbi məktəbdən məzun olanda artıq topçu leytenant rütbəsi almışdı. Bu uğuru onu Tunisdə hərbi attaşe olmasına şərait yaratdı. 

Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tunisdə başlayan hadisələr zamanı minlərlə Türkiyə vətəndaşı bu ölkədən təxliyə edilməli idi. Türklərin təxliyəsini təmin edən əməliyyatın başında Bəxtiyar Ersay dayanaraq 28 min nəfərin burnu belə qanamadan Türkiyəyə dönməsinə kömək oldu.  

Bu təxliyə prosesinin başında Bəxtiyar Ersaydan başqası yox idi. Elə buna görə də Bəxtiyar Paşa Fetullahçı terror qrupunun hədəfində olan əsgərlərdən biri idi. Buna səbəb elə bu təxliyə prosesi olmuşdu. 

Türkiyədə "Balyoz" davasında o vaxtlar qərargah polkovniki olan Bəxtiyar Ersayın da adı keçirdi. Bəxtiyar Paşa bunu öyrənəndə türklərin  təxliyəsi ilə məşğul idi. Ersay öncə Tunisdəki vəzifəsini tamamlayır, sonra ölkəsinə dönərək öz istəyi ilə polisə təslim olur. 

O, 2011-ci ildə "Balyoz" işi çərçivəsində tutulur və 2012-ci ildə barəsində 16 il azadlıqdan məhrumetmə qərar verilir.

Bəxtiyar Paşa ona atılan bu ləkəni sinəsinə çəksə də, anası vətənini bu qədər sevən oğluna atılan böhtana dözə bilmir. Oğlunun həbs olunduğunu eşidən ana iflic olur. 

Bəxtiyar Ersay Paşa 2010-cu ildə atasını itirib. Tək təsəllisi isə atasının bu hadisələri görməməsi idi. Həbsdə olduğu dönəmlərdə əsgərlik maaşı da kəsilmişdi. Bu səbəbdən yoldaşı və iki uşağı üçün çətin günlər başlamışdı. 

Bəxtiyar Paşa Hadımköydəki cəza evində 3 il həbsdə qalır. Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandiri təyin edilir.

Həbsdən çıxdığı gündən vətənə xidmət etməyə davam edir. Ən önəmlisi isə yaşadığı bu qədər çətinliklərə rəğmən Bəxtiyar Ersay vətəninə, dövlətinə küsmür. Onu tanıyanlar Bəxtiyar Ersay Paşanın “Dövlətə küsmək olmaz, məni günahlandıranlar dövlət deyil, içimizdəki xainlərdir” deyirmiş. 

Bəxtiyar Paşanın PKK terrorçularının məhv edilməsində böyük xidmətləri olub. 

Bəxtiyar Paşa açıqlamalarının birində belə deyib:

“Bizim vəzifəmiz vətənimizi qorumaqdır. Bizim etdiyimiz bir qəhrəmanlıq deyil, vətən borcudur. Hər bir türk zabiti və əsgəri vətənini qoruyan zaman bizim etdiyimizi edər. Nə uğur qazanırıqsa, əsgərlərimiz vasitəsilə əldə edirik” 

Bəxtiyar Paşa tutduğu terrorçulara belə humanist yanaşırmış. O, uşaqlara qarşı da çox diqqətli idi. Hətta yarım il qiymətləndirilməsi zamanı bir məktəbə gedib və uşaqlara imtahan vərəqlərini şəxsən özü paylayıb. Bu da onun uşaqlara qarşı olan sevgisinin bariz nümunəsidir. 

O, Vətən Müharibəsi zamanı general-leytenant rütbəsini alaraq Azərbaycan Ordusunda xidmətə başladı. Ardından böyük uğurları ilə Azərbaycan müdafiə naziri Zakir Həsənovun məsləhətçisi təyin edildi. Azərbaycan ordusunun hərbi formasını geyinən Bəxtiyar Paşanın bu şəkli də sosial şəbəkələrdə sürətlə yayıldı və hər kəs tərəfdən çox sevildi. 

Bu şəkildən sonra erməni mediasında təşviş yarandı. 

Bəxtiyar Paşa müsahibələrinin birində deyir:

“Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusu bir arada təlimlər keçirib. Biz tək millət, tək ordu, iki dövlətik”. 

PKK-ya qan udduran Bəxtiyar Paşa Qarabağ müharibəsində də erməni seperatçıların qorxulu yuxusuna çevrildi.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun rəhbəri postunu tutan Bəxtiyar Ersay həm də Azərbaycan müdafiə naziri Zakir Həsənovun müşaviridir.