643948311129a202304233353

Pərvin Kənanı qısqanır - Biz mütəmadi bir araya gəlirdik... - VİDEO

 Son zamanlar rejissorla tez-tez görüşə bilmədiklərini deyən Pərvin bunun münasibətlərinə heç bir təsiri olmadığını bildirib:

“Biz Kənanla “Gecə qonağı”nın vaxtında mütəmadi bir araya gəlirdik. Çəkilişlər, qalaya hazırlıqlar, imza günləri filan eyni zamanda bir neçə film işlədik. Amma son 3-4 ildir ki, ancaq belə tədbirdən-tədbirə rastlaşırıq. Bilirsiniz, mən də artıq böyümüşəm. Sənətimdə Kənanın həddindən artıq böyük rolu olub. Onu heç vaxt danmamışam, danmaram da. O vaxtlar Kənan mənə çox lazım olurdu, ehtiyacım olurdu. Çünki bu sahədə məndən daha çox bilikli idi, indi özüm də böyümüşəm, Kənana ehtiyacım yoxdur, zarafat edirəm ”.

Ətrafında çox az insan saxladığını deyən Pərvin ən böyük dəstəyi hazırda ailəsindən gördüyünü etiraf edib:

“Çox sevdiyim insanlar var. Amma artıq hamısını ələkdən keçirmişəm, həddindən artıq azdırlar. Mənim ən böyük dəstəyim, həmrəyim son 1- 2 ildə ailəmdir. Onlardan başqa heç kimi çox yaxınıma buraxmıram”. / Olay