6506ca798f6ea202309234425

Paşinyandan gözlənilən açıqlama GƏLDİ - İlin sonuna qədər Azərbaycanla...

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur.

Kanal.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

“İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.

İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.