Paşinyan rəqs etdi, ermənilər lağa qoydu - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində sərt tənqid hədəfinə çevrilib.
Kanal.az xəbər verir ki, Paşinyan Yeni il ərəfəsində ölkədəki hərbi hissələrdən birinə baş çəkib.
Hərbçilərlə musiqi sədaları altında şıdırğı rəqs edən baş nazirin bu hərəkəti ölkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi ermənilər Paşinyanla oynayan əsgərləri, bəziləri Paşinyanın rəqsini tənqid ediblər.
Onlar bildiriblər ki, baş nazirin bu davranışı süni bir tamaşadan ibarətdir.
“Hər şeyi itirmisən, indi də rəqs edirsən?” - deyə izləyicilərdən biri ona sual ünvanlayıb. Digər bir istifadəçi isə “yaxşı sevinir, rəqs edir. Ağlayan anaları da düşünmür” - sözlərini yazıb. “Paşinyan, sən utananda bu cür rəqs edirsən?” - deyə ironiya ilə onu ələ salan da olub.
“Biz ikrahdan başqa heç nə hiss etmirik. Yaxşı olardı ki, ancaq əsgərlər oynasın, o yox. Bu, son dəfə olsun, Paşinyan” - deyərək erməni sosial şəbəkə istifadəçiləri onu lağa qoyublar.
Sözügedən görüntüləri təqdim edirik:
- Dünya
- 02 Yanvar 2022