Pakistan ordusunun general-leytenantı həlak oldu
Pakistanda ötən gün radardan itən helikopterin qəzaya uğradığı məlum olub.
Kanal.az xəbər verir ki, hadisə zamanı ordunun 6 nümayəndəsi həlak olub. Onların arasında general-leytenant Sarfaraz Ali də var. Məlumata görə, hərbçilər Bəlucistan əyalətindəki sel səbəbilə başlayan yardım fəaliyyətini yoxlamaq üçün əraziyə gedib. Onlar geri qayıdarkən helikopter radardan itib. Hadisənin səbəbləri araşdırılır.
- Dünya
- 02 Avqust 2022