Pakistan Ərdoğanı Nobel Sülh mükafatına namizəd göstərdi - FOTO

  • Manşet
  • 05 Yanvar 2023
63b683c30fa9a202301230107
  • Oxunub: 957

Pakistan senatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh mükafatına namizəd göstərib.

Kanal.az xəbər verir ki, bu barədə senat rəhbəri Sadık Sanjrani yazılı açıqlamasında qeyd edib. O bildirib ki, Ərdoğanın Ukrayna-Rusiya müharibəsindəki diplomatik uğurları önəmlidir. Açıqlamada qeyd edilir ki, Ərdoğan Ukrayna müharibəsindən əvvəl və müharibə vaxtı tərəfləri bir sıra məsələlərdə səy göstərərək razı salıb. Senat rəhbəri qeyd edib ki, Ərdoğan təkcə öz ölkəsi üçün deyil, həmçinin bölgənin və dünyanın rifahı üçün çalışan xalq lideridir.

“Ukrayna müharibəsi bütün dünya üçün fəlakətlə nəticələnə biləcək nüvə müharibəsi təhlükəsinə çevrilmişdi. O, təkbaşına öz yorulmaz səyləri ilə hər iki tərəfə vaxtında və effektiv müdaxilələr edərək qlobal fəlakətin qarşısını aldı. O ölkəsi və bölgəsi üçün dəyərli liderliyini sübut etməklə yanaşı, həm də Məhəmməd peyğəmbərin mesajını və onun sülh, tolerantlıq və sevgi təbliğatlarını bəşəriyyətə çatdırır” - senat rəhbəri yazısında qeyd edib.

Oxşar xəbərlər