64c7b3077d3ea202307231135

"Özümdən iyrənirəm, kaş türk olaydım" - Verdyan

"Bütün erməni siyasətçiləri, bütün ekspertlər, bütün jurnalistlər və bloqerlər super ulduz Vaqif haqqında danışarkən “oğurluq” sözünü işlədirlər. Onların fikrincə, Azərbaycan Vaqifi tutmayıb, saxlamayıb, konkret olaraq oğurlayıb".


Kanal.az xəbər verir ki, bu fikirləri özünün “Telegram” kanalında  tanınmış erməni fəal və bloqer İşxan Verdyan azərbaycanlılara qarşı soyqırımı törətmiş Vaqif Xaçaturyanın saxlanılmasına münasibət bildirərkən səsləndirib.


Onun sözlərinə görə,  Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı yerdə mövcuddurlar və bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq:


"Şiddətli kin və reallıqdan mütləq uzaqlaşma... Sual olunur: "Azərbaycanlıların niyə belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh istəyir? Niyə öz ölkəsində onlara dözür? Hansı ləyaqətinə görə?
Özümdən iyrənirəm. Kim olduğuma görə özümə nifrət edirəm. Kaş ki, doğrudan da türk olaydım, bir qıraqda oturub güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm". /bizim.media