
Özbəkistan “Laçın” PUA-larının istehsalına başladı
Özbəkistanda yerli pilotsuz uçuş aparatları istehsal olunacaq.
Kanal.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Sənayesi Dövlət Komitəsi açıqlama yayıb.
Bildirilir ki, komitənin tərkibindəki Pilotsuz Uçuş Sistemləri Elmi-İstehsalat Mərkəzində “Laçın” adı ilə pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb.
Yerli istehsal olan PUA-lar həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna biləcək. /axar.az/
- Dünya
- 18 Yanvar 2022