Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntıaltı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edən Xəlilov, dərnək vasitəsilə Kahramanmaraşdakı axtarış-xilasetmə işlərinə qatılıb.İstifadə etdiyi dağıntıaltı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilovun sözlərinə görə, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə bilir və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı yaradır.
Məlumata görə, Azərbaycanlı mütəxəssisin birbaşa iştirakı və Türkiyənin axtarış-xilasetmə qruplarının dəstəyi ilə 14 nəfər xilas edilib. Dağıntılar altındakı insanların yerini müəyyənləşdirəndən sonra məlumatları AFAD və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən Xəlilov, ilk olaraq fevralın 9-da 17 yaşlı qızın xilas edilməsində fəal rol oynadığını bildirib. Xəlilov 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu vurğulayıb. / Metbuat.az