63c8e787b095e202301234735

Ölən insana müdaxilə edən həkimlər inanmadı: 20 dəqiqə sonra... - "Allahın qüdrətidir" / FOTOLAR

Türkiyədə avtobusda ürək tutması keçirərək ürəyi dayanan şəxsi həyata qaytarmaq mümkün olub.

Kanal.az xəbər verir ki, hadisə Kahramanmaraş-Türkoğlu marşrutu üzrə hərəkət edən avtobusda baş verib. Bildirilir ki, 54 yaşlı Hüseyin Açıkgözün səhhəti pisləşib. O müvazinətini itirib. Sürücü onun ürəyinin dayandığını müşahidə edəndən sonra öldüyünü düşünüb. Bununla belə, sürücü öldüyünü düşündüyü şəxsi təcili xəstəxanaya çatdırıb. Məlum olub ki, kişinin ürəyi 20 dəqiqədir dayanıb. Həkimlərin müdaxiləsi nəticəsində 54 yaşlı şəxsi həyata qaytarmaq mümkün olub. 54 yaşlı şəxs özünə gələndən sonra belə deyib:

“Avtobusda sürücü məni yoxlayanda bədənimdə soyuqluq hiss etdiyi üçün “bu öldü bunu birbaşa götürüm” deyib. Mən də son anda “bu ölüb” dediklərini eşitdim. Sonra xatırlamıram. Məni ölü olaraq gətirirlər. Yuxu görüb görmədiyimi bilmirəm. Özümə gələndə “kosmosdayam yoxsa evdəyəm?” deyə soruşdum. Həkimlər məni həyata geri qaytardığı üçün onlara çox təşəkkür edirəm. Ölən bir insanı 20 dəqiqə sonra həyata qaytarmaq Allahın qüdrətidir”.