65fdcb7b43fdf202403241835

Oğlunun ad günündə keçmiş əri ilə yatdı, sevgilisi xəbər tutdu və...

Keçmiş əri ilə cinsi əlaqədə olduğu üçün sevgilisini 17 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə  cəzalandırılıb.

Qlobal.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 7-də Qaradağ rayonu ərazisində baş verib.

Belə ki, Asəf  2018-ci ildən qeyri-rəsmi münasibətdə yaşadığı 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın sol sinə nahiyyəsində olan qançır izini görüb və həmin izin necə yarandığını soruşub. Qənəət isə cavabında oğlunun ad günündə keçmiş əri ilə görüşdüyünü və qançırın onunla cinsi əlaqədən sonra yarandığını etiraf edib. Qənəətin bu cavabından qəzəblənən Asəf 17 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.