677f8b86539ab202501254038

“O mahnı mənə 100 min qazandırdı” – Şəbnəm Tovuzlu

"Cənnətimsən” mahnısı hələ də aktualdır. Gözəl mahnıdır, toylarda ən çox tələb görən mahnımdır.


Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.


O, mahnısını bayağı adlandıranlara cavab verib:


“Bayağı deyil, insanların sevdiyi mahnıdır. Minlərlə insan sevirsə, ona bayağı deyə bilməzsiniz. Tələb gördüyü üçün o mahnı mənə qısa zamanda 100 mindən çox pul qazandırıb. O mahnıya görə toylara dəvət alıram. Deməli, insanlar sevir. Bu, mənə bəsdir”.