6464b71672090202305231430

Nura tənqidlərə cavab verdi: Hansısa kişini bəyənməyi niyə problem edirsiniz? / FOTO

Müğənni Nura Suri Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğanla bağlı paylaşımının müzakirə yaratmasına reaksiya verib.

Bu barədə o, sosial şəbəkə hesablarında fikirlərini bölüşüb.

“Kişilər Ancelina Colini, Monikanı filan paylaşıb bəyəndiyini deyəndə problem olmur, qadınlar hansısa kişini bəyəndiyini söyləyəndə problem olur? Bu, nə ədalətsizlikdir ki, belə?!”, - deyə, ifaçı bildirib.

Qeyd edək ki, Nura bu gün Feysbukda S. Oğanın çox yaraşıqlı olduğunu yazaraq ona ingilis dilində evlənmə təklifi etmişdi.