648386ea80659202306230914

Nişanlım olub, ərə getsəydim... - Pərvin buna görə ailə qurmayıb / VİDEO

Aktrisa Pərvin Abıyeva ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

"TikTok"da canlı yayım açan aktrisa özünü ailəsinə qurban verdiyini deyərək göz yaşlarını saxlaya bilməyib:

"İlk dəfədir deyirəm, bunu bir də danışmayacağam. 32 yaşım var, həyatımı ailəmə qurban vermişəm. Elçim də, nişanlım da olub. Məni başqa cür tanıya bilərlər. Ərə getseydim, ailəmə, kiçik qardaşıma heç kim baxmayacaqdı. Atam yanımızda yox idi. Onları böyütmək üçün, yaxşı yaşasınlar deyə, özümü qurban vermişəm. Pisəmsə, qoy olum. Nə etmişəmsə, onların yaxşı yaşaması üçündür".

Qeyd edək ki, Pərvin bu sözləri model Səmra Hüseynovaya əsəbiləşdiyi üçün deyib. / Axsam.az