nazarbayev

Nazarbayevə məxsus bütün telekanalların fəaliyyəti dayandırıldı

Qazaxıstanda Nazarbayev Fonduna məxsus NTK, Channel One Avrasiya və KTK telekanallarının fəaliyyəti dayandırılıb.

Kanal.az xəbər verir ki, əvvəl “Mir 24” telekanalının ələ keçirildiyi deyilsə də, indi məlum olub ki, heç bir telekanal fəaliyyət göstərmir. “Təhlükəsizlikdən siqnal aldıq ki, binanın enerjisi kəsiləcək, ona görə də təxliyəolunmalıyıq, əks halda çıxa bilməyəcəyik. Hamı binanı tərk etdikdən sonra televiziya mərkəzinin enerjisi kəsilib və kanalın yayımı dayandırılıb”, – telekanal əməkdaşı bildirib. / Konkret.az