
Nazarbayev xalqa Tokayevin ətrafında sıx birləşməyə səslədi
Nursultan Nazarbayev hər kəsi Qazaxıstan prezidenti ətrafında sıx birləşməyə çağırıb.
Kanal.az xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbaşı Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.
“Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbaşı bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.
- Dünya
- 08 Yanvar 2022