
“Müğənnilər səhnəyə lüt çıxır, onları yazın, Yaşar Nurinin qızını yox” – FOTO
Bunu Moderator.az-a açıqlamasında Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı deyib.O daha sonra əlavə edib.
“Mən müğənniyəm! Bu mənim öz həyatım, düşüncəmdir. Geyimin insanın əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Geyimə görə insana dəyər vermirlər. Yaşar Nurinin qızının əsgərlərə verdiyi konsertləri, şəhid anaları ilə görüşlərini gündəmə gətirsinlər. Yaşar Nurinin qızının etdiyi yaxşı şeyləri işıqlandırsınlar da. Bu axı onlara sərf etmir!” deyə o bildirib.Ülkər Yaşarqızı bildirib ki, indiyə qədər heç kimdən dəstək görməyib.“Atamın heç bir sənət dostu mənə dəstək olmayıb. Heç gözləmirəm də, istəmirəm də. Dəstəkçim yoxdur, göydə Allah, yerdə özüməm. Özümə sponsor da axtarmıram. Allah qismət edərsə həyatıma gələn biri mənə dəstək olar. Mən nəyəsə görə kimlərinsə qabağında əyilməmişəm. Əyilsəydim bu dəqiqə 5 villam, 10 maşınım, hər cür şəraitim olardı. Bu günki şəraitimə də çox şükür edirəm. Hər şeyi özüm əldə etmişəm. Şükür Allaha sevilirəm, məni öz məclislərinə dəvət edənlər də var. Oramı-buramı şişirtməmişəm, hər şeyim təbiidir, özümünküdür. Allah nə veribsə odur” deyə müğənni bildirib.
- Şou biznes
- 28 Sentyabr 2023