Moskvada gözlənilməz "qarşılama": Putin Rəisinin şərəfinə qaravul dəstəsi düzmədi - VİDEO

  • Dünya
  • 20 Yanvar 2022
61e87f4b04c06_1642618089_48632a29-e19f-4596-929b-f439faac12cd-768x403

Rusiyada səfərdə olan İran Prezidenti İbrahim Rəisi Kreml sarayında həmkarı Vladimir Putinlə görüşüb.

Kanal.az “Azad İran”a istinadən xəbər verir ki, tərəflər görüşdə müxtəlif infrastruktur sahələri, xüsusilə Şimal-Cənub koridoru, eləcə də enerji, bank və ticari əlaqələrin inkişafı sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Diqqət çəkən məqamlardan biri bu olub ki, V.Putinlə görüşdən öncə İbrahim Rəisinin şərəfinə fəxri qaravul dəstəsi düzülməyib.

Həmçinin, Putinin Rəisini rəsmi qarşılama mərasimi ilə bağlı heç bir görüntü yayılmayıb.

Oxşar xəbərlər