663890540d24b202405240956

Minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb.  


Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib və yaşıl piqmentin hazırlanması üçün arsendən istifadə edilib.


“Arsen xəstəlik, ürəkbulanma və hətta xərçəngə səbəb ola bilər, buna görə də, kitabxana işçiləri zümrüd yaşıl örtüklü bütün kitabları rəflərdən yığışdırmağa çalışırlar”, - deyə kitabxananın əməkdaşı vurğulayıb.


O əlavə edib ki, sözügedən kitabların rəflərdən götürülməsi aylarla çəkə bilər, belə ki, Strasburq kitabxanasında bu dövrə aid yüz minlərlə kitab var.(oxu.az)