![67aceac31638a202502253859](/uploads/image/min/2025-02/67aceac31638a202502253859.webp)
"Meyxanaçılar uşaqlarımızın dinini, imanını, tərbiyəsini pozur" - Elza
Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib.
Kanal.az xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər:
"Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər"./axsam.az
- Şou biznes
- 12 Fevral 2025