![66706484ef16c202406242956](/uploads/image/min/2024-06/66706484ef16c202406242956.webp)
Məşhurlarımızın bilmədiyniz hansı biznesləri var? - Siyahı
Biznesin bir qızıl qaydası var. “Yumurtaların hamısını bir səbətə yığmaq olmaz”. Bu o deməkdir ki, maliyyəni müxtəlif sahələrə yatırmaq lazımdır ki, batanda hamısı batmasın. Azərbaycanda ən gəlirli sahələrdən biri toy biznesidir. Bəs görəsən yerli məşhurlarımız toy biznesindən əldə etdikləri qazancla hansı əlavə biznes qurublar?
Lent.az məşhurların əlavə biznesləri barədə məlumat verir.
Müğənni Rəqsanə oxumaqla yanaşı restoran biznesi ilə də məşğuldur.
Xuraman Şuşalı xınayaxdı təşkilatçısıdır.
Rəqqasə Fatimə həm müğənnilərə paltar kirayə verən dükan sahibidir, həm də xınayaxdı təşkilatçılığı edir.
Faytonçu Nazim bahalı çörəklər satan dükan sahibidir.
Aktyor İlkin Həsəni "İlk media" reklam, film çəkilişləri edən şirkətin sahibidir.
![](/uploads/image/original/2024-06/667062e9763d0202406242305.webp)
Röya Ayxan neçə kiçik ev tikdirib, Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayə verir. Həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.
![](/uploads/image/original/2024-06/66706309dee12202406242337.webp)
Xatirə İslam xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub.
![](/uploads/image/original/2024-06/6670632a6aea6202406242410.webp)
Nazilə Səfərli də xınayaxdı təşkilatçılığı edir.
![](/uploads/image/original/2024-06/6670634eab880202406242446.webp)
Rahidə Baxışova həm xınayaxdı təşkilatçılığı edir, həm də ev alqı- satqısı ilə məşğul olur.
![](/uploads/image/original/2024-06/66706374e425e202406242524.webp)
Abbas Bağırovun "ABA" adlı şirniyyat evi var.
![](/uploads/image/original/2024-06/6670639cdcec5202406242604.webp)
Sevil və Sevincin "SS" adlı ayaqqabı butikləri var. Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.
![](/uploads/image/original/2024-06/667063c2380b1202406242642.webp)
Əməkdar artisti Nüşabə Ələsgərlinin paytaxtda bir neçə gözəllik salonu var.
![](/uploads/image/original/2024-06/667063f3c83f9202406242731.webp)
Əməkdar artist, aktrisa Vəfa Zeynalova gözəllik salonu və iki kafe sahibidir.
![](/uploads/image/original/2024-06/66706413a3929202406242803.webp)
![](/uploads/image/original/2024-06/6670643cd71bc202406242844.webp)
![](/uploads/image/original/2024-06/6670645f1f78e202406242919.webp)
![](/uploads/image/original/2024-06/6670645f030f9202406242919.webp)
Rüfət Axundov avtomobil alveri ilə məşğul olur.
- Şou biznes
- 18 İyun 2024