Defne Samyeli də qızları kimi gündəmdə olmaqda davam edir.
Kanal.az xəbər verir ki, aktrisa və müğənni Defne Samyelinin kiçik qızı Derin Talu makiyajsız göründüyü zaman panikaya düşüb.
Sosial media hesabında etdiyi paylaşımlarla adından söz etdirən 18 yaşlı Derin Talu ticarət mərkəzində makiyajsız göründüyü zaman panikaya düşüb. Eren Talu ilə evliliyindən dünyaya gələn Defne Samyelinin kiçik qızı Derin Talu ötən gecə ticarət mərkəzində görüntülənib.
Alış-veriş mərkəzində maskasız gəzən Derin Talu qarşıdakı mətbuat mənsublarını görüncə əlləri ilə üzünü gizlədib və sürətlə ticarət mərkəzindəki bir yerə daxil olub. Talunun makiyajsız olması da diqqət çəkib.
Səma